Bir müddət millinin Qazaxıstana qarşı keçirdiyi oyunda zədə alaraq yaşıl meydanlardan uzaq qalan «Qarabağ»ın hücumçusu Rauf Əliyev hazırkı durumu ilə bağlı Qol.Az-a açıqlama verib
- Zədənlə bağlı vəziyyət nə yerdədir?
- Demək olar ki, tam sağalmışam. Komandayla xeyli vaxtdır ki, bir yerdə məşq keçirəm və oynamağa, komandama kömək etməyə hazıram.
- Əvvəlcədən komandanızın baş məşqçisi Qurban Qurbanov da demişdi ki, iki ay oynaya bilməyəcəksən. Amma bərpa prosesi az çəkdi
- Bəli, doğrudan da, belə idi. Mən özümdə elə bilirdim ki, bərpam iki aya qədər çəkəcək. Ancaq Ankaraya müalicəyə yolandım. Həkimlərin rəyindən sonra məlum oldu ki, daha tez sağalacağam. Bu da çox sevindirici oldu. İndi komandamın heyətində güclü məşq keçirəm. İnşallah yaxın zamanda məşqçi mənə etimad göstərsə, “Qarabağ”ın uğuru üçün əlimdən gələni edəcəyəm.
- “Qarabağ”ın Avroliqa turnirinin təsnifat mərhələsinin ilk oyununda böyük hesablı qələbə qazanacağını gözləyirdin?
- Düzü, gözləmirdim. Çünki Avropada zəif rəqib axtarıb asan qələbə qazanacağını əvvəlcədən düşünmək düzgün olmazdır. Uşaqlar qələbə qazanmaq üçün çox istəkli idilər. Bundan başqa da komanda yüksək səviyəlli təlim-məşq prosesi keçmişdi ki, bunun da bəhrəsini gördük.
- Düşünmək olarmı ki, “Qarabağ” artıq növbəti mərhələ haqda düşünür?
- Hələ tələsmək lazım deyil. Əgər biz rəqiblərimizi ciddiyə almasaq, məqsədimizə çata bilmərik. Ən azı inamlı qələbə qazanmalıyıq ki, azarkeşlərimizə də böyük zövq verək. İnşallah, təkrar görüşdə də qələbə qazandıqdan sonra növbəti rəqib haqqında fikirləşmək olar.
- “Qarabağ”da artıq əsas heyətə düşmək uğrunda güclü rəqabət yaranıb. Artıq komandanıza yeni transfer olunan Bəxtiyar Sultanov ilk oyunda qol da vura bilib.
- Futbol elə bir oyundur ki, hər mövqe uğrunda rəqabət getməlidir. Elə mənim üçün də yaxşı olar ki, rahatlaşmayım. Mən Bəxtiyarı uşaqlıqdan tanıyıram. Onunla birgə U-17 də U-19 da bir yerdə top qovmuşam. 6-7 ildi ki, çox yaxşı münasibətimiz var. Futbolçu kimi də söz ola bilməz. İnanıram ki, onun “Qarabağ”a onun hələ çox xeyiri dəyəcək.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı