“Qarabağ”ın yarımmüdafiəçisi Bəxtiyar Soltanovun Qol.Az saytına müsahibəsi
- “Qarabağ”ın heyətində meydana çıxdığın ilk oyundaca fərqləndin. Ümumiyyətlə, debüt oyununda qol vuracağını gözləyirdin?
- Mən heç tam hazır deyildim, nəinki qol vuracağımı gözləyirdim. Sağ olsun Qurban müəllim, mənə inandı, oyuna buraxdı. Mən də onun etimadını doğrultdum.
- Oyundan əvvəl “Banqa”nın zəif rəqib olmadığı ilə bağlı xeyli fikirlər səslənmişdi. Ancaq “Qarabağ” gözəl oyun və böyükhesablı qələbə ilə bu komandaya yerini göstərdi. İlk oyunun nəticəsinə görə, “Banqa”nı sən necə dəyərləndirirsən?
- “Banqa” elə də pis komanda deyil. Sadəcə bizim oyunumuz alındı. Böyük hesabla qalib gəldik.
- Özün də qeyd etdin ki, tam hazır deyildin. Amma buna baxmayaraq, Qurban Qurbanov sənə etimad göstərdi və meydana buraxdı. Bu baxımdan yəqin ki, “Qarabağ”ı seçdiyin üçün peşman deyilsən.
- Xeyr, nəyə görə peşman olmalıyam ki. Allaha şükür, hər şey əladır. İnanıram ki, bundan da yaxşı olacaq.
- “Qarabağ”dan əvvəl başqa klublarda da çıxış etmisən.Bu komandanı digərlərindən nə fərqləndirir?
- Burda mehribançılıq daha çoxdur. “Qarabağ”da hamı Azərbaycan dilində danışır. Heç kim rusca danışmır. “Qarabağ”da oynayanda, hiss eləyirsən ki, öz ölkəndəsən. Doğma komandanın şərəfini qoruyursan.
- “Qarabağ”ı Azərbaycanın “Barselona”sı adlandırırlar. Sən bu fikirlə razısan?
- Vallah, birinci dəfə sizdən eşidirəm bunu. Amma Azərbaycanın “Barselona”sı deyirlərsə, yəqin bilirlər ki, belə deyirlər.
- Üç gündən sonra “Banqa” ilə ikinci oyuna çıxacaqsınız. Bu qarşılaşma barədə nə düşünürsən?
- Çoxları “Qarabağ”ın evdə rahat qalib gələcəyini düşünür. Amma biz arxayınlaşmaq istəmirik. İkinci görüşə birincidən də ciddi hazırlaşırıq ki, daha gözəl oyun göstərək.
- Artıq “Qarabağ”ın zədəliləri Əfran İsmayılov və Rauf Əliyev məşqlərə başlayıblar. Hər iki futbolçunun qarşıdakı oyunlarda meydana çıxacaqları gözlənilir. Bu amil sənin start heyətdə yer almağına mənfi təsir göstərə bilər?
- Belə şeylər mənim üçün problem deyil. Bu barədə heç düşünməmişəm ki, kiminsə yerinə meydana çıxacağam. Mən öz oyunumu göstərəcəm. “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəm.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı