"Klublarımızı yeni mövsümün başlamasına görə təbrik edirəm. Deməzdim ki, komandalar hazır deyil. Əksinə, hazırlıq hiss olunur və onlar getdikcə öz oyunlarını təkmilləşdirmək istəyirlər. Birinci turdakı qarşılaşmalar da bunu göstərdi".
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turuna nəzər salan mütəxəssis diqqətini cəlb edən bəzi məqamlara toxunub: "Mən bütün oyunlara baxdım. Komandaların hamısı istəkli idi. Görünür ki, futbolçular çempionat üçün darıxıblar. Bu, yaxşı və vacib amildir. Hər bir futbolçu öz işini yaxşı görmək istəyir və hiss olunur ki, getdikcə inkişaf olacaq.
Amma indi birinci turdur. İndi hələ dəqiq fikir söyləmək olmaz. Yalnız bəzi məqamları qeyd etmək olar. Məsələn, “Qəbələ” “Turan Tovuz”a uduzsa da, ikinci hissədə çox gözəl oynadı, həddindən artıq yaxşı təsir bağışladı. Məncə, məğlubiyyətə layiq deyildi. Qol vəziyyətləri də oldu, amma imkanlardan istifadə edə bilmədilər. Qol imkanlarından istifadə edə bilməmək bütün klublarımızda müəyyən müddətdir ki, var. Hətta avrokuboklarda oynayan klublarımızda da bu problem görünür. Elə “Sabah”ın Avropa oyunlarında nə qədər qol vəziyyəti yaratdığını, ancaq o qədər çox fərqlənmədiyini gördük.
Qol epizodlarından istifadə etmək önəmli amildir. Komanda qol vəziyyətləri yaradırsa, onları düzgün nəticələndirməlidir. Məşqçilər də bunun üzərində işləyirlər. Bununla yanaşı, oyunçu seçiminə də fikir vermək lazımdır. Hansı taktika ilə oynayacaqlarsa, ona uyğun futbolçu seçilməlidir. Həm yerli, həm də xarici futbolçular baxımından bu məsələyə diqqət yetirmək lazımdır".
A.Mircavadov qeyd edib ki, elə ilk turdan klublarımızın yerli oyunçulara az şans verəcəyi hiss olunub: “Neftçi”nin oyununda bir məqamı qeyd edim. Çox yaxşı haldır ki, əsas heyətdə 4-5 azərbaycanlı futbolçu oynayırdı. Bu, yığma üçün də yaxşıdır. Çünki milli komandamız sentyabrda əsas oyunlara başlayır. Buna fikir vermək lazımdır. Baş məşqçilər əcnəbi olsalar belə, yerli futbolçulara şans verməlidirlər. Bir neçə klubumuzda isə yerli futbolçulara demək olar ki, şans verilmədi. Yalnız əcnəbilər oynayır. Bu, yaxşı hal deyil. Amma hər klubun öz strategiyası var. Ona görə də bu barədə konkret nəsə deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, azərbaycanlı oyunçulara fikir vermək lazımdır. Azərbaycanda işləyirsənsə, yerli futbolçuların inkişafına diqqət yetirməlisən".
A.Mircavadov hələlik komandaların oyun və futbolçu keyfiyyəti ilə bağlı danışmağın tez olduğunu qeyd edib: "Keyfiyyət baxımından birinci turdan sonra heç nə demək olmur. Onu deyə bilərəm ki, “Sabah” Çempionlar Liqasının 1-ci mərhələsində necə oynayırdısa – sürətli, pressinqli və istəkli – çempionatın açılış turunda da bunu göstərdi. Komandada olan azərbaycanlı futbolçular da həmin oyunu göstərmək istəyirdilər. Bu, yaxşı cəhətdir. Strategiya hər oyunçu üçün eyni səviyyədə olmalıdır.
“Qarabağ”ın heyətində nə qədər itkilərin olmasına baxmayaraq, ilk turda qalib gəlməsi də onların oyun keyfiyyətindən irəli gəlir. Uzun müddətdir bunu görürük. Komanda eyni üslubda oynayır və bu, çox vacib amildir. Bu sistemi dəyişmək olmaz. Çünki buna uyğun oyunçular dəvət olunub. Həmin oyunçular o taktikaya uyğunlaşdırılmalıdır. Məncə, bir neçə oyundan sonra biz bunun şahidi olacağıq".
Ramiq Ağaməmmədov
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video