“Milan” futbolçusunu icarəyə verdi

“Milan” futbolçusunu icarəyə verdi
XƏBƏR 15 Avqust 2026 / 13:08 72
-  A +

İtaliyanın “Milan” klubu müdafiəçisi Zakari Atekameni icarəyə verib.

QOL.az xəbər verir ki, 21 yaşlı isveçrəli futbolçu karyerasını Fransanın “Lion” klubunda davam etdirəcək. Bu haqda Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb. Razılaşmada satınalma hüququ nəzərdə tutulmayıb.

Atekame daha çox oyun praktikası qazanmaq istədiyi üçün “Milan” onun icarəyə göndərilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, “Milan” futbolçunu ötən ilin yayında “Yanq Boyz”dan 10 milyon avroya transfer etmişdi. Müdafiəçi “rossoneri”nin heyətində 29 oyunda 873 dəqiqə meydanda olub, A Seriyasında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner