Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib.
QOL.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu layihənin uşaq, yeniyetmə, gənclər futbolunda vacib olduğunu deyib:
“Yeniyetmə futbolçuların turnirlərdə çıxış etməsi çox vacibdir. “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb. Bu tip yarışların təkcə Bakıda deyil, bölgələrdə də mümkün qədər çox təşkili Azərbaycan futbolunun yalnız xeyrinə olar. Belədə millilərin məşqçiləri də oradan çıxan istedadları görər, gələcəkdə onların peşəkarlaşmalarına çox kömək edərlər.
Valideynlər də övladlarında istedad görürlərsə, onlara inansınlar, arxalarında dursunlar. Çünki futbolçu olmaq üçün bir çox mərhələlərdən keçməlisən. Bu çətinlikləri asanlaşdırmaq baxımından valideyn dəstəyi çox vacibdir.
A.Abbasov uşaq futbolunda məşqçilərin rolu haqda isə bildirib: "Burada ən ağır iş məşqçilərə düşür. Akademiyalardakı məşqçilər futbolumuzun bünövrəsini qoyanlardır. Gənc futbolçuların yetişməsində həmin məşqçilərin əməyi böyükdür. Futbolumuz inkişaf etdikdə onlar da artırmalıdırlar”.
Qeyd edək ki, "Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarış U-14 və U-15 yaş qrupları üzrə təşkil olunub. Hər yaş qrupunda 12 komanda iştirak edir. Oyunlar avqust-sentyabr aylarında keçiriləcək.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video