Millinin futbolçusu yenidən sıradan çıxdı

Millinin futbolçusu yenidən sıradan çıxdı
DÜNYA FUTBOLU 8 Avqust 2026 / 17:18 352
-  A +

"Leyptsiq"in yarımmüdafiəçisi Assan Ouedraoqo zədə səbəbindən bir neçə həftə komandasına kömək edə bilməyəcək.

QOL.az xəbər verir ki, Almaniya millisinin üzvü məşq zamanı sağ çiynindən zədə alıb. Klubun məlumatına görə, 19 yaşlı futbolçunun müalicəsi əməliyyatsız aparılacaq.

Ouedraoqo zədələndiyi məşqdə ağrıdan çətinlik çəkib və bir neçə dəfə çiynini tutub.

Qeyd edək ki, bu, gənc futbolçunun son dövrdə yaşadığı növbəti zədə problemidir. O, ilin əvvəlində sol dizindəki vətər zədəsinə görə bir neçə ay yaşıl meydanlardan uzaq qalıb. Ötən ilin sonunda da həmin nahiyədəki zədə səbəbindən bir neçə həftə oynamayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner