“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun avrokuboklardan uzaqlaşdırılması barədə UEFA qərarına ilk dəfə münasibət bildirib.
QOL.az xəbər verir ki, o, bu barədə bu gün jurnalistlərə danışıb:
"Biz keçmişdə nələrin baş verdiyi haqqında düşünmürük, bu gün xoş şeylər barədə danışmaq istəyirik. Keçmişə çox boylansaq, elə orada da qalarıq. Bizim yolumuz ancaq irəliyədir. Bu tədbirin əsas mahiyyətlərindən biri də onu göstərməkdir ki, biz ruhdan düşməmişik, əksinə, daha enerjili və yeni qüvvələrlə yola davam edirik.
Buradan hamıya elan edirik ki, builki hədəfimiz çempionluqdur. Ən azından mövsümün sonuna qədər çempionluq yarışının içində olmaq istəyirik. Əminliklə deyə bilərəm ki, bu mövsüm keçən ildəkindən daha güclü, daha dinamik və daha keyfiyyətli "Turan Tovuz" görəcəksiniz".
Messidən xeyirxah addım
"İmişli"də ayrılıq
Eriksen karyerasını başa vurmaq niyyətində deyil
"Arsenal" onu hədəfə aldı
FİFA-ya qarşı boykot planlaşdırırlar
"Fənərbaxça" onu göndərə bilmədi
Qəbələdə 5 qol
40 yaşlı futbolçu ilə müqaviləni yenilədilər
Şeydayevin yeni klubu rəsmiləşdi