Bu gün “Sabah”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
QOL.az-ın xəbərinə görə, Azərbaycan çempionunun rəqibi “Lex” (Polşa) – “Orhus” (Danimarka) cütünün qalibi olub. Bu komandaların ilk görüşündə “Lex” səfərdə 4:1 hesabı ilə qələbə qazanmışdı.
Poznan şəhər stadionunda keçirilən cavab qarşılaşmasında isə bu dəfə Danimarka təmsilçisi eyni hesabla qalib gəlib - 4:1 (3:0 əsas vaxtda, 1:1 əlavə vaxtda).
Beləliklə, qalibi penaltilər seriyası müəyyən edib. Burada daha dəqiq olan “Orhus” (4:3) növbəti mərhələyə yüksəlməklə “Sabah”a rəqib olub.
Qeyd edək ki, ÇL-də 3-cü təsnifat mərhələsinin matçları 4/5 avqust və 11 avqusta təyin edilib. “Sabah” ilk oyununu Danimarkada keçirəcək.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı