Elə anlar olur ki, futbola "22 nəfər 1 topun arxasınca qaçır" bucağından baxan insanların nə qədər yanlış düşündüyünü bir daha anlayırsan. Çünki bəzən bir klubun meydanda qazandığı nəticədən çox, tribunada yaranan atmosfer və insanların o komandaya olan inamı yadda qalır.
Masazır arenada yaşananlar
Stadiona yaxınlaşdıqca xoş ab-hava hiss olunur. Hamı fərqli bir bayram əhval-ruhiyyəsində idi. Yol kənarında bayraq və şərf satanlar, daxili çempionatda başqa komandalara azarkeşlik edən, öz doğma klublarının formalarını geyinən insanlar eyni məqsəd üçün bir araya gəlmişdilər. Hamı bir-birinə uğurlar arzulayır, əylənir, "Sabah"ı təmsil edən bayquş formasındakı maskotla şəkil çəkdirmək üçün sıraya girirdi. Bu oyun adi bir matç deyildi. Çempionlar Liqasında debüt mövsümünə 2 gözəl qələbə ilə başlamış komandanın 2-ci təsnifat mərhələsindəki ilk oyunu idi.

Finlandiyalı azarkeşlərə qarşı "Sabah” bizik!" şüarı
Gənc olan bu komandanın Bakının mərkəzindən 20 kilometr uzaqdakı 13 min nəfərlik stadionu tam dolmasa da, boş da qalmamışdı. Anşlaq olmaması hardasa məyusluq yaradan məqamlardandır. Amma ən vacibi budur ki, stadiona gələn azarkeşlər komandaya dəstəklərini kifayət qədər hiss etdirirdilər. Arenada Finlandiyadan komandalarına dəstək olmaq üçün Bakıya gəlmiş azsaylı "KuPS" azarkeşləri də vardı. Lakin Masazırdakı arenada ucalan "Sabah” bizik!" şüarları hələ oyunçular meydana çıxmadan bütün stadionu bürümüşdü. Bu mənzərə göstərdi ki, bəzən azarkeş sayının az olması tribunadakı ab-havanın zəifliyinə təsir etmir.
Bəxt sanki "KuPS"un tərəfini tuturdu
Meydanda Valdas Dambrauskasın rəhbərliyi altında komandanın istəyi və mübarizliyi diqqətdən yayınmırdı. İlk hissənin əlavə olunmuş dəqiqəsində Velko Simiçin vurduğu qol Azərbaycan futbolunun təəssünü çəkən hər kəsinə sevindirdi. Əsas məsələ isə 2-ci hissədə başladı. “Sabah”ın qol epizodları zamanı bəxt sanki Finlandiya komandasının tərəfini tuturdu. "Sabah" fərqi artırmaq üçün dəridən-qabıqdan çıxırdı. Amça çifayda! Olmadı ki, olmadı. Matç Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Final fiti səslənəndə komandanın mərhələni adlamağa "KuPS"dan az da olsa yaxın görünməsi hər kəsi məmnun yola salırdı. Kim bilir, bəlkə də bu qədər şansların əldən qaçması elə Finlandiyadan gələn o azsaylı azarkeşləri də öz soyuq diyarlarına şad-xürrəm yolçu edirdi. Axı, vəziyyət daha pis ola bilərdi.
Futbolun ən gözəl tərəfi
Əsas həyəcan isə oyun bitəndən sonra başladı. "Miks zona"ya keçərkən stadiondan çıxıb dərhal oyunçuları çöldə gözləyən azarkeşlərin səsi ərazini bürümüşdü. Qışqırıqlardan bəzən futbolçuların nə dediyini eşitmək belə çətinləşirdi. Kimi sevimli oyunçusuna hədiyyə vermək, kimi şəkil çəkdirmək, kimi də forma almaq üçün yarışa girmişdi.
Bəlkə də futbolun ən gözəl tərəfi elə budur. Bəzən minlərlə insanın stadionu doldurmasından daha çox, yaratdığı birlik hissi yadda qalır. İyulun 22-də Masazır stadionunda da belə idi: bir stadion, bir qələbə və bir-birinə yad olmayan, inamla baxan baxışlar...
"Sabah" mərhələni keçəcək, ya yox - bunu zaman göstərəcək. Amma bir həqiqət artıq məlumdur: Masazırda həmin axşam təkcə futbol yox, həm də qələbəyə inam gördük.
Sevil Heydərova
QOL.az
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri