Xəbər verdiyimiz kimi, “İmişli” futbol klubu yeni loqosunu təqdim edib. Yeni loqo müasir minimalist üslubda hazırlanıb. Emblemdə klubun adı və pələng təsvir olunub.
Daha sonra “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlov jurnalistlərin suallarını cavablandırıb.
– Niyə Xorxe Kaşkillya ilə əməkdaşlığı davam etdirmədiniz?
– Komandanın gələcəyi ilə bağlı fikir ayrılıqlarımız var idi. Ötən mövsüm qarşımıza qoyulan məqsədə çatdıq. Yerli futbolçuların inkişafına töhfə verəcək yerli məşqçi ilə işləməyə qərar verdik. Fərid Namazov bizim üçün tanış simadır. Yerli oyunçulara üstünlük verəcəyik.
– “İmişli” yeni mövsümdə harada oynayacaq?
– Qubada çox çətinliklərlə üzləşdik. Ev oyunlarımızı Yevlaxda keçirəcəyik. Hələlik İmişlidə stadionla bağlı razılığa gələ bilmirik – arena istifadəsiz vəziyyətdədir. Öz stadionumuzu tikmək istəyirik. Hazırda bunun üçün yer axtarılır. Yaxın vaxtlarda ictimaiyyətə məlumat verəcəyik.
– Bu məsələ artıq neçə ildir müzakirə olunur…
– Bu, mürəkkəb məsələdir. Şəhər stadionu başqa şəxsə məxsusdur. Arenanın alınması ilə bağlı razılıq əldə edə bilmirik. Əlimizdən gələni etmişik. Belə davam edə bilməz. İnanırıq ki, problem həllini tapacaq və biz doğma şəhərimizdə oynayacağıq. Ora sərmayə qoymaq, stadionu yenidən qurmaq və beynəlxalq oyunların keçirilməsinə şərait yaratmaq istəyirik.
– Deməli, ümid var?
– Bəli, belə planlarımız var.
– Yeni mövsüm üçün hədəfləriniz nədir?
– Ötən mövsümdə də hədəfimiz var idi. Baxmayaraq ki, mediada buna birmənalı yanaşılmadı. Mövsümü ilk “8-liy”də başa vurmaq istəyirdik. Bu mövsüm isə ilk “6-lığ”a düşməyi hədəfləyirik. Potensialımız buna imkan verir.
– Bəs komandanı Premyer Liqaya çıxaran Fərid Namazova niyə dərhal şans vermədiniz?
– Bizə təcrübə lazım idi. Buna görə də ötən mövsüm məsələyə fərqli yanaşdıq. Portuqaliyalı mütəxəssisin təyinatına görə bizi tənqid edirdilər. Amma yanılmadıq. Əminəm ki, bu dəfə də səhv etməmişik (azerisport.com).
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri