Uruqvay millisinin yeni baş məşqçisi müəyyənləşib.
QOL.az "Yahoo Sports"a istinadən xəbər verir ki, komanda Dieqo Forlana həvalə olunub. Əfsanəvi sabiq futbolçu ilə 2027-ci ilin mart ayına qədər qüvvədə olacaq müqavilə imzalanıb. 47 yaşlı mütəxəssis bu vəzifədə Marselo Byelsanı əvəzləyib.
Müqavilənin cəmi 1 illik olmağına səbəb federasiyada qarşıdan gələn prezident seçkiləridir. Uruqvay Futbol Assosiasiyasının yeni rəhbərinin ilin sonunda keçiriləcək seçkilərindən sonra yığmanın daimi baş məşqçisinin kim olacağı müəyyənləşəcək.
Byelsanın rəhbərliyi altında Uruqvay millisi 2026-cı il dünya çempionatında uğursuz çıxış edib. Komanda qrup mərhələsində cəmi 2 xal toplayaraq 3-cü yeri tutub. Uruqvay yalnız Səudiyyə Ərəbistanını qabaqlayıb, İspaniya və Kabo-Verde isə pley-offa yüksəlib.
Qeyd edək ki, Dieqo Forlan futbolçu karyerası ərzində Uruqvay millisində 112 oyun keçirib. O, həmçinin "Mançester Yunayted", "Atletiko" (Madrid) və "İnter" kimi Avropanın aparıcı klublarında çıxış edib.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır