Cənubi Afrika millisinin və “Mamelodi Sandaunz” klubunun yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında vəfat edib.
QOL.az xəbər verir ki, bu barədə Soccer Laduma portalı futbolçunun mentoruna istinadən məlumat yayıb.
Adamsın ölüm səbəbi hələlik açıqlanmayıb. Bəzi KİV-lərdə futbolçunun depressiyada olduğu və intihar etdiyi iddia olunsa da, onun mentoru bu məlumatı təkzib edib.
“Bu itki hamını sarsıtdı. Dünya çempionatından yenicə qayıtmışdıq və belə bir xəbər aldıq. Cümə axşamı onunla danışmışdıq. O, dünya çempionatından sonra meydana qayıtmağa və yenidən oynamağa köklənmişdi. Hazırda söz tapmaq çətindir. Ailənin şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edirik. Bəli, onun vəfat etdiyini təsdiqləyə bilərəm. Heç kim bunu gözləmirdi”, – deyə mentor bildirib.
Qeyd edək ki, Adams DÇ-2026-da Cənubi Afrika millisinin heyətində qrup mərhələsində 3 oyunda iştirak edib.
Yarımmüdafiəçi milli komandada keçirdiyi 9 oyunda 1 qol vurub. Klub karyerası ərzində isə “Mamelodi Sandaunz” və “Stellenboş”un formasını geyinib.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır