Kabo-Verde millisinin müdafiəçisi Roberto Lopes yığmaya gözlənilməz şəkildə dəvət aldığını açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. İrlandiyada doğulan futbolçu (atası Kabo-Verdedə anadan olub) ölkə futbol assosiasiyasının onunla iş axtarma platforması olan LinkedIn vasitəsilə əlaqə saxladığını bildirib.
Maraqlıdır ki, Lopesə göndərilən ilk mesaj portuqal dilində olub. Müdafiəçi isə bunu spam hesab etdiyi üçün diqqət yetirməyib.
“Doqquz ay sonra mənə yenidən yazdılar. Bu dəfə ingilis dilində soruşdular ki, Kabo-Verde millisində oynamaq təklifi barədə düşünüb-düşünməmişəm. Yalnız bundan sonra əvvəldən etməli olduğum işi gördüm və ilk mesajı Google Translate vasitəsilə tərcümə etdim.
Sosial şəbəkə üzərindən əlaqə saxlamaları mənə qəribə gəlmişdi. Sonradan izah etdilər ki, klubumla əlaqə yaratmaqda çətinlik çəkiblər. Qarşımdakı fürsəti anlayan kimi bu ideyanı dəstəklədim və lazımi sənədlərin hazırlanmasına başladıq”, – deyə Lopes bildirib.
Qeyd edək ki, Kabo-Verde millisi DÇ-2026-nın 1/8 finalına yüksəlsə də, bu mərhələdə Argentinaya əlavə vaxtda 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
“Qarabağ” “Sabah”ı təbrik etdi
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində!
Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu
"Beşiktaş"a keçə bilər
“Yamalın hələ bütün potensialını görməmişik”
İki təklif rədd edildi, üçüncüsü hazırlanır
Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı
UEFA ilə FİFA arasında hakimlik gərginliyi
"Sabah" - "Hapoel" matçının heyətləri açıqlandı
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
"Qarabağ"la matça 3 itki ilə çıxacaqlar
"Fənərbaxça" azarkeşlərinin biletləri ləğv olundu
Müller, Hummels və Sommer klub aldılar
“Milan” "Mançester Siti”yə müraciət etdi
"Yuventus"un qapıçısı Premyer Liqa klubunda
“Sabahın Ulduzları”nda 6-cı tura yekun vuruldu
"Fənərbaxça"dan "Barselona"ya keçdi
"Çelsi" Kellimanı satdı