“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol

“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
AVROKUBOKLAR 10 İyul 2026 / 00:04 1767
-  A +

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən SSKA (Sofiya,  Bolqarıstan) - “Derri Siti” (İrlandiya) oyunu başa çatıb.

QOL.az xəbər verir ki, Bolqarıstan təmsilçisi doğma meydanda İrlandiya klubunu 3:2 hesabı ilə məğlub edib.

SSKA-nın qollarını Pittas (20, 53) və Brunu Jordau (42) vurublar. Qonaqların heyətində isə Boys (31) və Olayinka (89) fərqləniblər. Cavab görüşü iyulun 16-da İrlandiyada keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ” - “Vestri” cütünün qalibi ilə qarşılaşacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner