Rusiya çempionatında yaranmış fasilə ilə əlaqədar Mahaçqalanın “Anji” klubunun böyük məşqçisi Vaqif Sadıqov bir neçə günlük Azərbaycana qayıdıb. Qol.Az-ın müxbiri təcrübəli mütəxəssisin ölkəmizdə olduğunu eşidib, onunla əlaqə saxlayıb və müsahibə götürüb.
- Vaqif müəllim, xoş gəlmisiniz.
- Çox sağ olun.
- “Anji”də işləriniz necə geidir?
- Şükürlər olsun, pis deyil.
- Komanda 27 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Bunu qənaətbəxş hesab etmək olar?
- Məncə, qarşımıza qoyulan məqsəddən asılı olaraq, bunu qənaətbaxş hesab etmək olar. Ancaq onu deyim ki, klubun strateji planında ildən-ilə daha yüksək yerlər uğrunda mübarizə aparmaq hədəfləri var.
- Maraqlıdır, cari mövsüm rəhbərlik qarşınıza hansı məqsədi qoyub?
- İlk növbədə minimum nəticə kimi ilk “səkkizliy”ə düşməyi qarşımıza məqsəd qoymuşuq. Amma bu indiki hədəfimizdir. Çempionatın gedişində daha yüksək yerləri də hədəfləyə bilərik.
- Son illər rus futboluna ulduz futbolçuların axını başlayıb. Bu nə ilə əlaqədardır?
- Bildiyiniz kimi, 2018-ci il dünya çempionatı Rusiyada keçiriləcək. Ona görə də hazırda rus futboluna külli miqdarda pul axını var. Ölkə futbolunu tanıtmaq, onun səviyyəsini qaldırmaq üçün ulduz oyunçuları Rusiyaya dəvət edirlər. Bu amillər bizim komandanın inkişafına da təsir edəcək. Klub rəhbərimiz Dağıstanda futbolun inkişafı üçün əlindən gələni edir.
- Bu gün “Anji”nin kapitanlıq sarğısını dünya futbolunun canlı əfsanəsi Roberto Karlos daşıyır. Bir məşqçi kimi bu futbolçu işləmək necədir?
- Sizə onu deyə bilərəm ki, Roberto Karlos heç kimdən asılı deyil. O nə “Anji”nin çalışdırıcılarına, nə də braziliyalı məşqçilərə məxsusdur. Karlos bütün dünyaya məxsusdur. O, sadəcə karyerası titullarla zəngin bir oyunçu yox, həm də insan kimi çox yaxşıdır. Onunla işləmək hər bir mütəxəssis üçün böyük şərəfdir. Onunla işləməkdən mən sadəcə zövq alıram və hər məşqdə özüm üçün yeni şeylər açıram.
- Bir tur əvvəl braziliyalı ulduz xoşagəlməz hadisə ilə üzləşdi. Karlosa banan atdılar və o da öz növbəsində oyunu yarımçıq dayandıraraq, meydanı tərk etdi. Ümumiyyətlə, bu, mövsüm ərzində futbolçunun başına gələn ikinci belə hadisə idi.
- Düzgün qeyd etdiniz ki, banan qalmaqalı birinci turda da baş vermişdi. Bu, ikinci belə hadisə idi. O, da dözmədi və oyunu yarımçıq saxladı və meydanı tərk etdi. Komanamız azlıqda qalmasına baxmayaraq, Karlos meydana dönmədi. Bununla da olaya öz etirazını bildirdi. Bütün ictimaiyyə bu addımı qınadı. Rasizmə qarşı mübarizə aparılsa da, belə hadisələr tez-tez təkrarlanır. Ancaq mən belə düşünürəm ki, rasizmə yol vermək olmaz. Hamıya eyni gözlə baxmaq lazımdır. Əlbəttə, xoşagəlməz haldır. Bütün dünyada məşhur olan bir oyunçuya qarşı bu hərəkətə yol vermək düzgün deyil.
- Həmin qalmaqaldan sonra Karlos mətbuata açıqlamasında bildirmişdi ki, o an karyeramı bitirmək barədə düşündüm. Ümumiyyətlə, bununla bağlı məşqçilər korpusuna müraciət etmişdi?
- Yox, bizə heç nə deməmişdi. Ancaq biz məşqçilər korpusu olaraq, onunla söhbət etdik və bildirdik ki, sən tək “Anji”yə yox, bütün dünyaya lazım olan bir futbolçusan, əsl peşəkarsan. Hansısa insana oxşayan, amma insan olmayan birinin hərəkətinə bu qədər fikir verməməlisən. Öz oyununla sübut elə ki, hər bir futbolçunun istənilən çempionatda oynamağa haqqı var.
- Mövzunu dəyişək. Bi az da milli komandamız barədə danışaq. Yəqin ki, Rusiyada olsanız da, yığmamızın son iki oyununu izlədiniz.
- Əvvəlcədən deyim ki, o qədər də dəqiq baxa bilmədim.
- Amma nəticələrdən xəbəriniz oldu.
- Əlbəttə, məlumatım var.
- Onda buyurun, sizin fikirlərinizi dinləyək.
- Bilirsiniz ki, mən hər zaman yığmanı dəstəkləyən bir insanam. Çünki özüm də yığmada işləmişəm. Onun yaxşı gününü də, pis gününü də bilirəm. Özüm bu işin içində olmuşam. Hamımız millinin oyunundan, xüsusilə də qazaxlarla görüşdən yaxşı nəticə gözləyirdik. Almaniya yığmasına qarşı isə layiq mübarizə aparacaqlarını düşünürdük. Sərgilənən oyun və əldə olunan nəticənin bizi nə dərəcədə qane etdiyini hamımız yaxşı bilirik. Amma yenə deyirəm, ümid sonda ölür. İnşallah, qarşıdakı görüşlərdə milli komandamız baxımlı oyun və yaxşı nəticələrlə bizi sevindirərlər.
- Qarşıdan avrokubok oyunları gəlir. Dörd klubumuz – “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və AZAL ölkəmizi beynəlxalq arenada təmsil edəcək. Bu komandalardan hansının şansını daha yüksək qiymətləndirirsiniz?
- Mən deyərdim ki, bu gün zəif rəqiblər yoxdur. Hər bir oyunda istənilən rəqibə qarşı meydançada sonadək mübarizə aparmaq lazımdır. Bu gün hər biri bunu dərk edib, meydana çıxsa, lazım olan nəticəni əldə edəcəklər. Ona görə də hər bir komandaya uğurlar arzu edirəm. Şanslar bərabərdir. Kimisə ayırmaq istəmirəm. Baxmayaraq ki, “Neftçi” tanınmış Zaqreb “Dinamo”su ilə oynayır və ya AZAL elə də tanınmayan “Minsk” klubu ilə qarşılaşır, meydanda sonadək oynamaq lazımdır. Yaxud da “Qarabağ”ın rəqibi “Banqa”. İlk baxışdan zəif görünə bilər. Nəzərə almaq lazımdır ki, biz Litvadan “Ekranas”ı da tanıyırıq. Bu oyunlara xüsusi hazırlaşmaq lazımdır. Çünki hazırda onların çempionatı davam edir. Eyni sözləri “Xəzər Lənkəran”a da aid etmək olar. Zəif rəqib yoxdur. Ümid edirəm ki, hər dörd komandamız uğurlu nəticələrlə bizi sevindirəcəklər.
- Yenidən Azərbaycanda işləmək istərdinizmi? “Anji”yə keçdikdən sonra hansısa yerli klubdan təklif almısınız?
- Yox, təklif olmayıb. Mən yarım ildir ki, “Anji”də böyük məşqçi vəzifəsində çalışıram. Belə baxanda, hələ bir ilim qalıb. Hazırda bütün işlərim “Anji” ilə bağlıdır. Ancaq bu komandanın uğurları üçün əlimdən gələni etməyə çalışıram.
- Dediniz ki, artıq 6 aydır “Anji”də çalışırsınız. Azərbaycanda da kifayət qədər məşqçilik təcrübəniz var. Maraqlıdır, burda işləmək daha rahatdır, yoxsa orda? Nəzərə alaq ki, ölkəmizdə baş məşqçilər təzyiq altında işləyirlər.
- Vallah, mən Azərbaycanda işləyən vaxtda heç vaxt təzyiq altında olmamışam və olmaq fikrində də deyiləm. Bütün klublarda iş mexanizmi eynidir. Hər bir şey nəticədən asılıdır. Rəhbərlik də çalışıdrıcıdan bunu tələb edir. Hər bir məşqçi işə başlayanda bilməlidir ki, hansı yükün altına girir və bunu nə vaxtadək apara biləcək. Təkcə onu deyə bilərəm ki, son illər Rusiyada futbola külli miqdarda sərmaye qoyulur. Rusiya çempionatı bizimki ilə müqayisədə səviyyəcə qat-qat yuxarıdır.
- Bu yaxınlarda Mahir Şükürov mətbuata müsahibəsində belə bir fikir səsləndirmişdi ki, “Anji” qələbələri öz gücünə qazanmır. Oyunları alırlar. Doğrudanmı “Anji” oyun alqı-satqısında iştirak edir?
- Belə insanların dediklərinə fikir verməyin. Heyif ki, Mahir Şükürov “Anji”də oynayanda, tamam fərqli çıxışlarla yadda qalmışdı. Mən ona məsləhət görərdim ki, birmövqeli, birəqidəli çıxışlar etsin.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi