Azərbaycanın vitse-çempionu “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinə gedən yolu gözlənildiyindən bir qədər asan olacaq.
QOL.az haqqin.az saytına istinadən xəbər ki, buna səbəb UEFA-nın Çexiyanın “Karvina” klubunu avrokuboklardan kənarlaşdırmasıdır. Çexiya kubokunun sahibi bizim “Turan Tovuz” kimi danışılmış oyunlara görə cəzalandırılıb.
Beləliklə, “Karvina” Avropa Liqasında çıxış etmək hüququndan məhrum edilib. Bu klub Çexiyanın yüksək reytinqi sayəsində Avropa Liqasının pley-off mərhələsindən yarışa başlamalı idi. İndi isə “Karvina”nın yerini həmin mərhələdə Plzen “Viktoriya”sı tutacaq. Halbuki bu komanda yarışa Avropa Liqasının 2-ci təsnifat mərhələsindən başlamalı idi. “Viktoriya”nın əvəzinə isə 2-ci təsnifat mərhələsində “Hradets Kralove” çıxış edəcək.
Amma qayıdaq “Qarabağ”a. Qurban Qurbanovun rəhbərlik etdiyi, UEFA reytinqi 42,750 xal olan komanda 1-ci təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər sırasında idi və rəqib qismində İslandiya təmsilçisi “Vestri” ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 9-da Bakıda, cavab görüşü isə iyulun 16-da Reykyavikdə keçiriləcək. Artıq 2-ci təsnifat mərhələsinin də püşkü atılıb. Burada da “Qarabağ” səpələnmişlər sırasında olub və ona Bolqarıstanın SSKA (Sofiya) - İrlandiyanın “Derri Siti” cütünün qalibi rəqib olub.
3-cü təsnifat mərhələsinin püşkü 20 iyulda, 2-ci mərhələnin startından əvvəl keçiriləcək. Əvvəlcədən planlaşdırılırdı ki, “Qarabağ” bu mərhələdə səpələnməmiş komandalar sırasında olacaq. Bu halda onun rəqibləri Portuqaliyanın “Benfika”, Şotlandiyanın “Reyncers”, Macarıstanın “Ferensvaroş”, Danimarkanın “Midtyulland”, Yunanıstanın PAOK, Avstriyanın “Zaltsburq” və yenə də Çexiyanın “Viktoriya” klublarından biri ola bilərdi. Lakin Plzen təmsilçisi 50,500 xallıq reytinqi ilə artıq pley-off mərhələsindən yarışa başlayacağı üçün səpələnmişlər sırasındakı yerini məhz “Qarabağ”a verəcək. Ağdam klubu səpələnməmişlər arasında ən yüksək reytinqə malik komanda olacaq.
Beləliklə, “Qarabağ”ın 3-cü təsnifat mərhələsində potensial rəqiblərinin siyahısı xeyli asanlaşıb. Hazırda bunlar aşağıda adları qeyd edilənlərdir:
“Yagelloniya” (Polşa);
“Hammarbü” (İsveç) - “Anderlext” (Belçika) cütünün qalibi;
“Tromse” (Norveç) - “Hradets Kralove” (Çexiya) cütünün qalibi;
“Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova) və “Alüminiy” (Sloveniya) üçlüyündən bir komanda;
“Pafos” (Kipr), “Hayduk” (Xorvatiya) və “Jilina” (Slovakiya) üçlüyündən bir komanda;
Çempionlar Liqasında “Şturm” (Avstriya) - “Harts” (Şotlandiya) cütünün məğlubu;
Çempionlar Liqasında “Fənərbaxça” (Türkiyə) - “Qurnik” (Polşa) cütünün məğlubu.
Pley-off mərhələsinə vəsiqə qazanacağı halda isə “Qarabağ” əvvəlcədən nəzərdə tutulduğu kimi yenə də səpələnmişlər sırasında olacaq. Bu mərhələdə potensial rəqiblər barədə danışmaq hələ tezdir. Mənzərə 2-ci təsnifat mərhələsindən sonra daha da aydınlaşacaq.
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq