"Arsenal"ın müdafiəçisi Yakub Kivyor karyerasını Portuqaliyanın "Portu" klubunda davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ötən mövsümü icarə əsasında "Portu"da keçirən 26 yaşlı polşalı müdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalandığı bildirilir. Beləliklə, Portuqaliya klubu onun satınalma hüququndan istifadə edib.
Xatırladaq ki, Kivyor 2023-cü ilin qışında "Spetsiya"dan "Arsenal"a transfer olunmuşdu. O, London klubunun heyətində 68 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb