“Zirə”nin rəqibi finala yüksəldi

“Zirə”nin rəqibi finala yüksəldi
XƏBƏR 28 İyun 2026 / 11:26 2290
-  A +

“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan Superkubokunda yarımfinal oyununa çıxıb.

QOL.az xəbər verir ki, Kutaisi təmsilçisi “Dila Qori” ilə qarşılaşıb. Matç “Torpedo”nun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Oyunda yeganə qolu 73-cü dəqiqədə Vladimer Mamuşaşvili vurub.

"Torpedo" iyulun 1-də keçiriləcək finalda “İberiya 1999” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-da Kutaisidə olacaq.


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner