Özbəkistan prezidenti Şavkat Mirziyoyev milli komandanın DÇ-2026-dakı ilk oyunu ilə əlaqədar maraqlı qərar qəbul edib.
QOL.az bu barədə Özbəkistan mediasına istinadən xəbər verir.
Məlumata görə, iyunun 18-də ölkədə iş gününün başlanğıcı saat 10:00-a keçirilib. Buna səbəb Özbəkistan millisinin dünya çempionatının qrup mərhələsində Kolumbiya ilə keçirəcəyi ilk oyunun yerli vaxtla səhər saat 07:00-da başlamasıdır (Bakı vaxtı ilə 06:00).
Prezidentin mətbuat katibi Şerzod Asadov qərarla bağlı bildirib:
“Azarkeşlərimiz üçün şərait yaratmaq məqsədilə, oyunların Özbəkistan vaxtı ilə kifayət qədər erkən başlamasını nəzərə alaraq, prezident sabahkı iş gününün saat 10:00-da başlamasını müəyyən edib. Hörmətli prezidentimiz də 40 milyonluq xalqımız kimi bu oyunu səbirsizliklə gözləyir. O, qarşılaşmanı ailəsi və nəvələri ilə birlikdə izləyəcək”.
Qeyd edək ki, Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edir. Komanda DÇ-2026-nın K qrupunda Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikası ilə mübarizə aparacaq.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi