AFFA-nın yeni texniki direktor - “Ayaks”da işləyirdi…

AFFA-nın yeni texniki direktor - “Ayaks”da işləyirdi…
XƏBƏR 15 İyun 2026 / 13:16 2222
-  A +

AFFA-nın texniki direktoru vəzifəsinə yeni təyinat olacaq.

QOL.az azerisport.com-a istinadən xəbər verir ki, bu vəzifəyə niderlandlı mütəxəssis Edmond Klaus gətiriləcək.

Artıq Bakıda olan Klaus Azərbaycan müxtəlif yaş qrupları üzrə milli komandalarının oyunlarını izləyib. O, bu vəzifədə Cahangir Həsənzadəni əvəz edəcək.

Niderlandlı funksionerin son iş yeri “Ayaks” akademiyası olub. O, burada texniki koordinator və müvəqqəti akademiya rəhbəri kimi fəaliyyət göstərib. Bundan başqa, Klausun Çin futbolunda da təcrübəsi var. O, Çin U-20 millisində məşqçi və gənclər futbolunun inkişafı üzrə rəhbər vəzifələrdə çalışıb.  

59 yaşlı mütəxəssisin yaxın günlərdə AFFA tərəfindən rəsmi şəkildə təqdim olunacağı gözlənilir.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

topaz banner