İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas sabiq klubu "Portu" və sığorta şirkəti qarşısında 3,7 milyon avro məbləğində təzminat tələbi ilə məhkəməyə müraciət edib.
QOL.az AS nəşrinə istinadən xəbər verir ki, o, 2019-cu ilin mayında məşq zamanı keçirdiyi miokard infarktının həddindən artıq fiziki yüklənmənin nəticəsi olduğunu iddia edir.
Kasilyas həmin hadisədən sonra əmək qabiliyyətini itirdiyini və bu günə qədər ciddi sağlamlıq problemləri yaşadığını bildirib. Portuqaliyada keçirilən məhkəmə iclasında çıxış edən 45 yaşlı sabiq qolkiper bunları deyib:
“İdman zalına gedirəm, padel oynayıram. Amma qaça bilmirəm. Maksimum 20-50 metr qaçıram, sonra davam edə bilmirəm”.
Klubun həkimi Nelson Puqa isə vaxtilə Kasilyasın vəziyyətinin stabil olduğunu və tam sağalmasının mümkünlüyünü bildirib. Onun sözlərinə görə, məşqdəki fiziki yük infarktın əsas səbəbi olmayıb.
Məlumata görə, məhkəmə Kasilyasın peşəkar idmançı kimi tam və daimi əmək qabiliyyətinin itirlməsi statusu alıb-almamasına qərar verəcək. Məhkəmə Kasilyasın iddiasını qəbul etsə, ona əlavə milyonlarla avro kompensasiya ödənilə bilər.
Qeyd edək ki, sığorta şirkəti futbolçuya artıq 1,5 milyon avro ödəyib. “Portu” isə Kasilyasın karyerasını başa vurmasına qədər ona müqavilə üzrə maaşının tam şəkildə verildiyini açıqlayıb və əlavə ödəniş etmək niyyətində olmadığını bildirib.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi