"Fənərbaxça" keçmiş hücumçusunu transfer edir

"Fənərbaxça" keçmiş hücumçusunu transfer edir
DÜNYA FUTBOLU 10 İyun 2026 / 12:00 2630
-  A +

"Fənərbaxça" hücum xəttini gücləndirir.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisi "Malyorka"dan Vedad Muriqinin keçidini həll edib. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

"Fənərbaxça" 32 yaşlı kosovolu hücumçu üçün onun klubuna 15 milyon avro ödəyəcək. Muriqinin yaxən günlərdə müqavilə bağlamaq üçün İstanbula gedəcəyi gözlənilir.

Qeyd edək ki, Vedat Muriki ötən mövsüm "Malyorka"nın heyətində 37 oyunda 23 qol vurub. Kosovo millisinin üzvü  2019/20 mövsümündə də "Fənərbaxça"da çıxış edib və 32 oyuna 17 qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
12.06.26  23:08

Andre Silva "Portu"da

topaz banner