“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi
- Bu gün Uinston Parksın “Xəzər Lənkəran”dan ayrılıb, “Bakı”ya keçməsi ilə bağlı məlumatlar yayılıb. Əvvəlcə bu xəbərlərə münasibətinizi bilmək istərdik.
- Mirça Rednikin qərarı ilə biz Parksla yollarımızı ayırmışıq. Ona görə ki, son zamanlar baş məşqçi ilə problemləri var idi. Rednik də deyirdi ki, Parks aldığı pulun qarşılığını vermir. O, çox intizamsız futbolçudur. Çempionatboyu da müəyyən problemlər yaradırdı. Baş məşqçi də klub prezidentinə onunla çalışmaq istəmədiyini bildirdi. Bilirsiniz ki, klub hər zaman baş məşqçinin tərəfini tutur. Bizim üçün Parks, o biri, bu biri, gəldi-gedərdi. Futbolçu baş məşqçiyə hörmət eləmirsə, deməli, komandaya da eləmir. Təlim-məşq toplanışına qatılmaqdan imtina etməsi və bu kimi şeylər gətirib ona çıxardı ki, bu futbolçu ilə yollarımızı ayırası olduq. Onun bizimlə müqaviləsi var. Sadəcə olaraq, razılığımızla klubu tərk elədi. Yəni Parks «Xəzər Lənkəran»dan getməyib, uzaqlaşdırılıb.
- Avroliqa oyunlarıöncəsi Parks kimi bir hücumçu komandanı tərk etdi. Bu, “Xəzər Lənkəran”ın hücum xəttinə necə təsir göstərəcək?
- Artıq Parksın yerinə komandaya üç futbolçu almışıq. Bunlar portuqaliyalı hücumçu Coa Paulo Pinto Ribeyro, nigeriyalı forvard Tosin Dosunmu və rumıniyalı yarımmüdafiəçi Marius Onofraşdır. Məşqçimizin istəyilə bu oyunçuları aldıq. Hətta mən deyərdim ki, Paulo Pinto Parksdan da yaxşı hücumçudur.
- Parksla bağlı “Bakı”dan sizə rəsmi təklif gəlib?
- Biz heç vaxt yerli klublarımızın legionerlərinə göz dikməmişik. Həmişə özümüz gedib xaricdə axtarmışıq, transfer etmişik. Ancaq digər klublar səviyyəli legioner tapa bilmirlərsə, məcburdurlar ki, bizdən götürsünlər.
- Yəni “Bakı” bu futbolçunu istəyir?
- Təkcə “Bakı” yox, digər klublardan da təklif gəlib. Ancaq bizə yox, Parksın özünə. Hücumçu isə “Bakı”nı seçib.
- Sirr deyilsə, başqa hansı klublardan təklif almısınız?
- Demək istəmirəm.
- Maraqlıdır, onların arasında “Neftçi” də var idi?
- Mən heç nə demək istəmirəm. Sadəcə Parks klubların içindən “Bakı”nı seçdi. Bu da ki onun şəxsi işidir. İstəsə, “Neftçi”yə də keçə bilərdi, “İnter”ə də, “Qarabağ”a da. Biz artıq onunla yollarımızı ayırmışıq.
- Son vaxtlar mətbuatda Adrian Pitin də “Xəzər Lənkəran”dan ayrılması ilə bağlı xəbərlər dolaşır. Bu məsələyə də aydınlıq gətirərdiniz.
- Yox, Pit “Xəzər Lənkəran”ın futbolçusudur. Nə Skarlatake, nə də Pitlə problemimiz var.
- Avroliqanın ikinci təsnifat mərhələsində İsrailin “Makkabi” (Tel-Əviv) klubu ilə düşdünüz. Rəqib barədə nə deyə bilərsiniz?
- “Makkabi” qədim tarixə malik bir klubdur. Kifayət qədər nailiyyəti var. 2005-ci ildə Çempionlar Liqasında qruplara düşüb. Asiya kubokunu qazanıb. Hörmətə layiq komandadır. Baş məşqçilərinin də qarşısına bu mərhələni keçmək hədəfi qoyulub.
- Sizcə, püşkatmanın nəticəsi kimin üzünə gülüb?
- Mən deyərdim ki, “Xəzər Lənkəran” “Makkabi” üçün heç də arzuolunan rəqib deyil. Bizim üçün də gözəl şans yaranıb ki, komandanı gücləndirib, növbəti mərhələyə keçək. “Makkabi” keçilməyəsi rəqib deyil.
- Mirça Rednik vaxtilə yəhudilərlə qarşılaşıb. Yəqin ki, bu komandanı da necə keçəcəyini yaxşı bilir.
- Redniklə srağagün Avstriyada toplantımız olub. Son məsələrlə bağlı söhbət etmişik. Baş məşqçi də komandamızın qalib gələcəyinə inanır.
- Bildiyimizə görə, heyətinizdə bir neçə futbolçu baxışdadır. Başqa hansı futbolçularla müqavilə bağlamaq fikriniz var?
- Heyətimizdə bir neçə ölkədən əcnəbi oyunçu var. Ancaq hələlik məşq etməklə məşğuldurlar. Bundan başqa, danışıqlar apardığımız futbolçular da var. Allahın köməyi ilə onlar da bitəcək. Bu oyunçularla uzun müddətdir ki, danışıqlar aparırıq. Çoxdandır, onları diqqət mərkəzində saxlayırdıq. Ən azı daha beş transferimiz olacaq.
- Maraqlıdır, Mirça Rednik bu dəfə rumıniyalılara üstünlük vermir.
- Rednik bundan əvvəl də rumıniyalılara üstünlük vermirdi. Sadəcə onların arasından yaxşılarını seçmək üçün bu oyunçular heyətə cəlb olundular. Onlarla bir illik müqavilə bağlamışdıq. Müqavilənin şərtlərində də belə bir bənd qoymuşduq ki, 6 aydan sonra onları bəyənməsək, göndərəcəyik. Real olaraq onu deyə bilərəm ki, bir rumın futbolçu transfer edəcəyik ki, o da bu yaxınlarda olacaq.
- Transfer edəcəyiniz futbolçu Kristian Bud deyil ki?
- Xeyr, xeyr.
- Yeni transferiniz hücumçu olacaq?
- Yaxın günlərdə hər şeyə aydınlıq gələcək.
- Avstriyadakı təlim-məşq toplanışı zamanı yoxlama oyunları olacaq?
- Hə, 4 yoldaşlıq oyunu nəzərdə tutulub. Mirça Rednik rəqibləri təyin edib. Danışıqlar gedir. Bir-iki günə sizə deyəcəyəm.
- “Makkabi” ilə ilk oyun Lənkəranda olmalı idi. Ancaq rəqibdən asılı olan səbəblərə görə, birinci görüş səfərdə baş tutacaq. Bunu “Xəzər Lənkəran” üçün əlavə üstünlük hesab etmək olar?
- Futbol dili ilə desək, ilk oyunu səfərdə keçirib, həlledici görüşü doğma meydanda keçirmək əlbəttə, əlavə üstünlükdür. Amma ilk oyunun harada olmasında asılı olmayaraq, hamı işinə məsuliyyətlə yanaşmalı və qələbə barədə düşünməlidir. Klub prezidenti Rednik üçün istədiyi şəraiti yaradıb. Sadəcə, baş məşqçidən nəticə gözləyir.
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi
Azərbaycan millisi Qış Olimpiya Oyunlarına başladı
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub
Qvardiola onu ən yaxşı baş məşqçi adlandırdı
“Neftçi” "Qəbələ"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Karyeramın ən ağır mövsümü ilə üz-üzəyəm"