"Barselona" Fliklə müqaviləni uzatdı - Rəsmi

"Barselona" Fliklə müqaviləni uzatdı - Rəsmi
XƏBƏR 18 May 2026 / 17:20 284
-  A +

"Barselona" baş məşqçi Hans-Diter Flikin müqaviləsini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Almaniyalı mütəxəssisin yeni müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Müqavilə bu gün "Barselona"nın qərargahında klubun idman direktoru Rafael Yuste, futbol direktoru Deku və idman komissiyasının digər üzvlərinin iştirakı ilə imzalanıb. İmzalanma mərasimində prezident Joan Laporta da iştirak edib.

Flik 2024-cü ilin yayından bəri "Barselona"ya rəhbərlik edir. Bu mövsüm Kataloniya təmsilçisi La Liqanın qızıl medalını qazanıb.


Son xəbərlər
17.05.26  17:46

Rekordunu təkrarladı

topaz banner