«Neftçi»nin yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Çempionlar Liqasında Zaqreb «Dinamo»su rəqibiniz oldu. Püşkün nəticəsini “Neftçi” üçün uğursuz sayanlar da var.
- Düzdür, bir qədər asan rəqiblə düşə bilərdik, ancaq neyləmək olar, qismət belə imiş. Biz də bilirik ki, “Dinamo” güclü klub olmaqla bərabər həm də, Avropadakı çıxışları ilə yaxşı təcrübəyə malikdir. Ancaq «Neftçi» rəqibindən çəkinməyərək, öz oyunumuzu göstərməyə çalışacaq.
- Xorvatiya çempionunun Avropa təcrübəsinin “Nefçi”dən çox olması sizi narahat etmir?
- Məncə, ən əsas məsələ rəqibi düzgün təhlil etməkdir. Reallıqda sizin dediyiniz kimidir. Ancaq komandanı istəyindən də çox şey asılıdır. Kim daha çox mərhələ adlamaq arzusunda olsa, o da istəyinə çatacaq. Ən əsası rəqibin zəif nöqtələrini tapıb onların üzərində işləməkdir. Düşünürəm ki, rəqiblə başabaş mübarizə aparıb məğlub etmək olar.
- İlk oyununuz səfərdə baş tutacaq. Bu görüşdə hansı hesab «Neftçi» üçün qənaətbəxş hesab olunacaq?
- Əvvəla, birinci görüşün səfərdə olması «Neftçi» üçün üstünlükdür. Çünki Xorvatiyada bizə lazımlı nəticəni əldə edə bilsək, doğma meydanda onları məğlub edə bilərik. Ancaq bu da asan başa gəlməyəcək. Çünki “Dinamo” texnikalı və sürətli futbola üstünlük verən komandadır. Çox istərdim ki, Xorvatiyadan heç-hecə ilə qayıdaq. Onda qələbənin 50 faizini təmin etmiş olarıq.
- Klubda ab-hava necədir? Komanda yoldaşların bu oyuna necə kökləniblər?
- Uşaqlar rəqibin ciddi olduğunu qəbul etdilər. Ancaq komandada hansısa narahatlıq yoxdur. «Dinamo»nun güclü bizim qələbə ruhumuzu birəbeş artırıb. Hər birimiz Xorvatiya çempionunu məğlub edərək nəyə qadir olduğumuzu göstərmək istəyirik.
- Bizi Avropada təmsil edəcək digər yerli klublarımızın şanslarını necə dəyərləndirirsən?
- Fikrimcə, “Qarabağ”la AZAL-a nisbətən asan rəqib düşüb ki. Onların mərhələ adlamaq şansı çoxdur. «Xəzər Lənkaran»ın rəqibini isə güclü komanda hesab edirəm. Ancaq yaxşı hazırlıqdan çox şey asılıdır. Birdə ki, rəqib komanda haqda dolğun məlumat toplamaq lazımdır. Məncə, bütün bunlar yüksək səviyyədə olarsa, istəklərinə nail ola bilərlər.
- “Dinamo”nun baş məşqçisi, eləcə də Xorvatiya mətbuatı “Neftçi”dən daha çox, klubun və onun prezidentinin zəngin olması faktını qabardır. Buna münasibətin necədir?
- Görünür, Azərbaycanın neftlə zəngin bir ölkə olması ilə yanaşı, «Neftçi»nin güclü maliyyəsi «Dinamo»nu qorxuya salıb. Biz öz oyunumuzla sübut edəcəyik ki. “Neftçi”nin nə pul, nə də futbol oynamaq baxımından problemi var.
- Əzəli rəqibiniz “Xəzər Lənkaran”nın Avropadakı rəqibi «Makkabi»nin «Dinamo»dan daha təhlükəli hesab edirlər.
- Mən o fikirlə razı deyiləm ki, «Makkabi» «Dinamo»dan güclüdür. Xorvatiya çempionunun heyətində çıxış edən oyunçulara baxanda, hansı gücdə olduğunu görmək olar. Ən azın bunu nəzərə almaq lazımdır ki, «Dinamo»” İspaniyanın məhşur “Vilyareal” klubunu doğma divarlar arasında 2:0 hesabıyla məğlub edib. Bu da rəqibin gücünün sübutudur. Mənim fikirimcə, həm «Dinamo» həm də “Makkabi” eyni səviyyəli komandadır.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı