AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Qol.Az saytına müsahibəsi
- Bir komitə sədri kimi geridə qalan mövsümdə hakimliyin səviyyəsindən razı qaldınız?
- Hansı komitə sədri deyər ki, razı qalmadım?
- Yaxşı, onda bu suala adi bir azarkeş kimi cavab verin.
- Razı qaldığım və razı qalmadığım məqamlar oldu. Ən çox ona sevinirəm ki, bu mövsüm Premyer Liqada bir çox cavan və istedadlı hakim üzə çıxdı. Ən əsası odur ki, artıq gələcəyə ümidlə baxa bilərik.
- Bəs razı qalmadığınız məqamlar nə oldu?
- Bəzi təcrübəli hakimlərin buraxdıqları kobud səhvlər. Bunlardan razı qalmadım.
- Bu hakimlərə qarşı hansısa tədbir görülüb və ya görüləcək?
- Təbii ki, bu hakimlərlə ciddi işlər aparılacaq. Müsbətə doğru irəliləyiş olmasa, yəqin ki, daha sərt tədbirlər görüləcək.
- Bu tədbirlər konkret hansı referilərə qarşı nəzərdə tutulub?
- Mən indi ad çəkmək istəmirəm. Mövsüm yenicə başa çatıb. Artıq yeni mövsümün hazırlıqlarını görürük. Təlim-məşq toplanışı öncəsi kiminsə əhvalını korlamaq istəmirəm. Amma ciddi söhbət olacaq.
- Ötən mövsüm hakimliklə bağlı ciddi narazılıqlarla yadda qaldı. Klublarımızın əksəriyyəti idarəçilikdən şikayətləndilər.
- Yaxşı sualdı. Klublar yerli-yersiz hakimlikdən şikayətlənir, onlara təzyiq edirdilər. Ancaq gəlin görək, haqlı idilər, ya yox? Biz çox vaxt bu etirazlara fikir vermirdik. Çünki əsassız şikayətlər idi.
- Geridə qalan mövsüm ən çox müzakirə olunanlardan biri də “top əli tapdı, yoxsa əl topu tapdı” məsələsi idi. Bu məsələdə hansı tərəfi haqlı sayırsınız?
- Haqlı tərəf FİFA-nın oyun qaydalarıdır. Bunu yazanlar, şikayət edənlər əvvəlcə FİFA-nın oyun qaydalarını oxumalıdırlar. Azərbaycan dilində var. Oxuyub görsünlər ki, hansı halda penalti vermək olar, hansında olmaz. Biz bu qaydalara uyğun hərəkət edirik.
- Ən çox diqqət çəkən məqamlardan biri də Əfqan Həmzəyevin hakimlikdən uzaqlaşdırılması oldu. Ümumiyyətlə Həmzəyevin kənarlaşdırılması doğrudur?
- Hələ ki, bu barədə bir söz deyə bilmərəm. Yeni nəsə olsa, özünüz görəcəksiniz.
- Yaxşı, Əfqanla bağlı sizin fikriniz nədir?
- Yox, mən öz fikrimi deyə bilmərəm axı.
- Niyə?
- Çünki qərarı komitə verir.
- Siz də komitə sədrisiniz.
- Qərarı tək sədr vermir ki. Bütün komitə verir. Sonra da elan eləyir.
- Anar Salmanovun adı ötən il bir çox qalmaqalda hallansa da, FİFA gənc referiyə beynəlxalq arenada təyinat verdi və verməyə də davam edir. Sizin buna münasibətinizi bilmək maraqlı olardı.
- Çünki Anar Salmanov artıq “İstedadlar” qrupundadır. FİFA bir neçə dəfə bu hakimə təyinat verib. Qarşıda isə 19 yaşlılar arasında Avropa çempionatının final mərhələsindəki oyunlara dəvət alıb. İl ərzində daha bir neçə təyinat olacaq. Mövsümün sonunda isə onun çıxışını dəyərləndirəcəklər. Əsas ingilis dilini bilmək məsələsinə fikir verəcəklər. Bu barədə Anarda irəliləyiş olsa, daha da qabağa gedəcək.
Şübhə eləmirəm ki, artıq onu növbəti ildə ikinci kateqoriyaya keçirəcəklər. Hakimliyi UEFA-nı qane edir. Onun mentoru olan Plauts da Anardan razıdır. Biz onu Bakıya dəvət edəcəyik.
Plauts Anarın idarə etdiyi Belarus – Lüksemburq oyununda da olub. Bu hakimin üçüncü kateqoriyaya keçməyi bizim üçün FİFA-da əlavə bir yer verə bilər.
- Yerli hakimlərimiz beynəlxalq arenadakı oyunlarda daha inamlı təsir bağışlayırlar. Daxili çempionatda isə bir qədər qətiyyətsiz çıxış edirlər. Bunun səbəbi nədir?
- Çünki Avropada meydana çıxan hakim ancaq yaradıcılıqla məşğul olur. Azərbaycanda isə referi meydana çıxanda, bilmir ki, hansı klub tərəfindən mənəvi və fiziki təsirə məruz qalacaq. Düzdür, hazırda ölkəmizdə fiziki təzyiq yoxdur. Ancaq ümumilikdə hakimlərimizə ciddi təzyiq var. Boş-boş ittihamlar. Hərənin əlinə bir oyunun kasetini alıb, komitəyə gəlməsi hakimlərə pis təsir edir. Amma Avropada referiyə kimsə mane olmur. O, öz işi ilə məşğul olur. Fərq bundadır.
- Yerli hakimlərimizdə qətiyyətsizlik, iradəsizlik var. Hər hansı qərarı verəndə tərəddüd edirlər. Bu problemin üstündə işləyirsiniz?
- Əlbəttə, işləyirik. Hazırda Azərbaycan hakimlərinin başlıca problemi budur. Allaha şükür nə fiziki hazırlıq, nə də idarəçiliklə bağlı problem var. Sadəcə qətiyyətsizlik. Bu da psixologiya ilə bağlıdır.
- Gələcəyinə inandığınız, ən azından Anar Salmanovun səviyyəsinə çatacağını düşündüyünüz perspektivli hakimlərdən kimlərin adlarını çəkə bilərsiniz?
- Anar Salmanovun səviyyəsinə çatacaq yox, onu keçəcək hakimlərimiz var. Bunların arasında Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabbarov və Orxan Məmmədovu fərqləndirərdim. Bu hakimlər yaxın 2-3 ildə Avropada səs salacaqlar.
- Artıq təlim-məşq toplanışına gedəcək hakimlərin adları məlumdur?
- Bəli, Sloveniyaya hansı hakimləri aparacağımızı dəqiqləşdirmişik.
- Toplanış üçün niyə məhz Sloveniyanı seçdiniz?
- Qış toplanışı üçün ən ideal yer Antalyadır. Ordan yaxşısını tapa bilməzsən. Bütün Avropa oraya gedir. Ancaq yayda Antalyada dəhşətli istilər olur. Ona görə də futbola görə heç kim ora getmir. Yayda klublar daha çox mərkəzi Avropa ölkələrinə üz tuturlar. Sloveniya da Avropanın mərkəzində yerləşən və ən gözəl iqlimə malik ölkələrdən biridir. Havanın temperaturu normaldır. Maksimum 20-25 dərəcə olur. Ən əsası isə Avropanın qabaqcıl klubları Sloveniyada olacaq. Bizim də müqaviləmizdə belə bir bənd var ki, hər gün bir hakimiz tanınmış komandaların iştirakı ilə bir oyun idarə edəcək. Amma ola bilsin ki, əlavə oyunlar da versinlər.
- Bu dəfəki toplanışda hər hansı yeniliklər gözlənilir?
- FİFA və UEFA-dan aldığımız bütün yenilikləri, məlumatları hakimlərimizə çatdırırıq. Özümüzün geniş proqramımız var. Ona əsasən fiziki göstəricilərin yüksəldilməsi üçün gündə 3 dəfə məşq keçə bilərik.
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi
"Napoli"də qalır
İçib klub direktorunu təhqir etdi, ağır cəza aldı
İspaniya millisinin üzvü 10 illik müqavilə bağladı
Juninyo yeni klub axtarışına çıxıb - İki təklif var
Bütün dəvətləri rədd etdi, amma...
Veşoviç: "Artıq "Qarabağ"da darıxırdım"
Remzinin yeni klubu rəsmiləşdi
Millinin keçmiş qapıçısı dünyasını dəyişdi
Eldor Şomurodov Türkiyə Superliqa klubuna icarəyə verildi
Azərbaycan klubuna yeni baş məşqçi təyin edilib
Şahruddin "Real" Madridə çağırış etdi - Video, Şəkil
Suares “İnter Mayami”dən gedir
Santuş Jotanın faciəvi ölümü haqda danışdı
Ağ Evdə UFC döyüşü keçiriləcək
"Milan"dan yeni transfer
Daha iki boksçumuz dünya kubokunun yarımfinalında
Fatih Terimi o əvəzlədi - Rəsmi
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
"Qəbələ" 19 yaşlı legionerlə müqavilə imzaladı
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
İtaliyanın tarixi klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
"Şamaxı" "İmişli" ilə də qarşılaşacaq
"Sabah"ın Avstriyadakı yoxlama oyununda 6 qol vuruldu
Şahruddin, neynirsən sən?! - Video
"Komo" almaniyalı vingerlə razılaşdı
Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi
"Napoli"dən La Liqaya
"Mingəçevir" iki futbolçusu ilə yollarını ayırdı
“Araz-Naxçıvan”ın "Aris"lə oyunlarının hakimləri