Ötən il «Qarabağ»ın tərkibində Avroliqada 5 qol vuran Əfran İsmayılov iki gün əvvəl UEFA-da keçirilmiş püşkatmanın nəticələri barədə Qol.Az saytına müsahibə verib. Əfran eyni zamanda milli komandanın futbolçularıyla bağlı ittihamları da cavablandırıb.
- İlk əvvəl ondan başlayaq ki, sən ötən il Avroliqada komandanızın ən yaxşı bombardiri olmuşdun. Sonra isə zədələndin və altı ay yaşıl meydanlardan uzaqda qaldın. Bu mənada, Əfran İsmayılovun ötənilki uğurunu təkrarlayacağına inamı var?
- Hələlik bu suala cavab vermək çətindir. Öz üzərimdə çalışıram. Sabah necə olacaq, bunu zaman göstərəcək.
- Avroliqanın birinci təsnifat mərhələsində Litvanın «Banqa» klubu ilə qarşılaşacaqsınız. Püşkün nəticəsi səni razı salır?
- Bilirsiniz, bu, futboldur, rəqib kim olur-olsun, çıxıb oyunumuzu oynamalıyıq. Bu dəfə qismətimizdə «Banqa» imiş. Çalışmalıyıq ki, səfərdəki ilk oyunumuzdan sərfəli nəticəylə dönək.
- «Banqa»nı zəif komanda adlandırırlar.
- Kim deyir ki, zəifdi? İndi Avropada zəif komanda yoxdu. Zəif saydığın komanda sabah sənə qalib gəlir. Bu mənada, istər «Banqa» olsun, istərsə də bir başqası, biz çıxıb öz oyunumuzu oynamalıyıq.
- Komandanız qarşıdakı matça hazırdır?
- Tam olmasa da, hələ ki, 70-80 faiz hazırıq. İnşallah, oyuna kimi tam hazır olacağıq.
- Rauf Əliyevlə ötən Avroliqada yaxşı anlaşırdınız. Amma komanda yoldaşın sıradan çıxdı. Bu, sənin və «Qarabağ»ın oyununa nə kimi təsir göstərəcək?
- Həqiqətən də Rauf yaxşı hücumçudu. Amma nə etmək olar? Qismət belə imiş. Raufun tezliklə əvvəlki formasına qayıdıb komandamıza kömək edəcəyinə inanıram.
- Yeni transferiniz Bəxtiyar Soltanovun «Qarabağ»a uyğunlaşması çətin olmayacaq?
- İnanmıram ki, o çətinlik çəksin. Həm Bəxtiyarı yaxşı tanıyırıq, həm də baş məşqçimiz Qurban Qurbanov elə mühit yaradıb ki, kim gəlir-gəlsin, ona doğma bir oyunçumuz kimi baxırıq.
- Bu yaxınlarda Farer adalarına getmək istədiyini söyləmişdin. «Banqa»nı keçsəniz, istəyin baş tutacaq.
- Gəlin, tələsməyək. Hələ «Banqa» ilə oyunlar var.
- «Neftçi»nin baş məşqçisi Arif Əsədov deyib ki, püşk ən çətin rəqibi «Neftçi»yə, sonra isə «Xəzər Lənkəran»a bəxş edib. Onun fikrincə, ən zəif rəqib «Qarabağ»a düşüb. Bu fikrə münasibətin?
- Hərənin öz fikri var. Mən Avropa kuboklarında yarışacaq bütün komandalarımıza uğurlar arzulayıram. Təkcə onu deyə bilərəm ki, gərək, hər bir komanda öz gücünə inansın və bu fikirlə oyuna çıxsın. Necə ki, biz bunu «Rusenborq» və «Visla»yla matçlarda etdik, nəticədə də qalib gəldik. Qurban müəllim bizi o oyunlara necə hazırlaşdırmışdısa, oyuna çıxanda yalnız qələbə haqda fikirləşirdik, meydanda canımızı qoyurduq. İnşallah, çalışacağıq ki, bu il ötənilki uğurlarımızın davamını gətirək.
- Bu sualım milli komandayla bağlı olacaq. Bəhram Bağırzadə bildirib ki, Qazaxıstanla oyundan sonra yığmamızın bəzi oyunçuları içki məclisi düzəldib, maşın alış-verişi barədə söhbət edib.
- Bunlar boş söhbətdi. Mən hələ də inana bilmirəm ki, Bəhram qardaş belə bir söz deyib. Əgər deyibsə, nə bilim, səhv deyib. Belə bir şey yoxdu.
- Amma razılaş ki, bizim oyunçular maşın haqda danışmağı bəzən hətta futbolun özündən də çox sevirlər.
- Nə bilim... Doğrudur, boşluq olanda hər bir insan arasında elə söhbətlər olur. Amma düşünürəm ki, bu, o qədər də şişirdiləsi söhbət deyil.
- Sonda. Hazırda Türkiyədəsiniz. Bir neçə gün sonra Litvaya gedirsiniz. «Qarabağ» azarkeşlərinə nə demək istərdin?
- Bilirəm ki, onların ürəyi bizimlədi. Səbr etsinlər. Çalışacağıq ki, Litvadan sərfəli nəticə ilə dönək. Onlardan da xahişim budur ki, cavab matçında stadionu doldursunlar. Bu, bizim üçün böyük üstünlükdü.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi