AZAL klubunun prezidenti Vaqif Qasımovun Qol.Az saytına müsahibəsi
- Vaqif müəllim, AZAL-ın adının UEFA-nın rəsmi saytında “Olimpik-Şüvəlan” kimi qeyd olunması ilə bağlı quruma şikayət edəcəyinizi bildirmişdiniz. Məsələ nə yerdə qalıb?
- AZAL Avroliqada iştirak etdiyi üçün adı “Olimpik-Şüvəlan” kimi qeyd olunub. Çünki komandanın adı kommersiya təşkilatının adı ilə eyni ola bilməz. Hər şey, loqomuz və digər atributlarımız olduğu kimi qalacaq. AZAL kimi çıxış edəcəyik. Sadəcə, komanda avrokuboklarda “Olimpik-Şüvəlan” adlanacaq. Biz bununla bağlı müraciət etmişdik ki, adımız AZAL-dır. Ancaq püşkatmada bizə dedilər ki, komandanın adı ilə sponsorun adı eyni ola bilməz.
- “Minsk”lə ilk oyununuzu səfərdə keçirməli idiniz. Ancaq UEFA bəzi məsələləri əsas gətirib, fikrini dəyişdi və birinci oyunun Azərbaycanda keçirilməsinə qərar verdi. Bu, sizin planlarınıza təsir edəcək?
- Elə hazırda federasiyada bu məsələ ilə məşğuluq. Birinci oyunumuz səfərdədirsə, orda da oynamalıyıq. Görüşün yerini niyə dəyişirlər ki.
- Bununla bağlı hansısa planınız var?
- Məktubla UEFA-ya öz etirazımızı göndərmişik. Bundan başqa telefonla da danışmışıq. Bizə dedilər ki, qərarı dəyişmək üçün gərək “Minsk” klubunun razılığını alasınız. Mən də dedim ki, məgər, UEFA oyunun yerini dəyişəndə bizim razılığımızı almışdı?
- “Minsk”lə oyuna kimi komandaya yeni oyunçular gələcək? Nazim Süleymanov sizin İsveçrədən dönüşünüzü gözləyirdi.
- Ola bilsin, bir nəfər gəlsin. Bundan əvvəlkilərin heç biri xoşumuza gəlmədi.
- Bilmək olar, gələn oyunçu kim olacaq?
- Vallah, bu işlərlə baş məşqçimiz maraqlanır.
- Bəlkə Vladimir Cilası nəzərdə tutursunuz?
- Ola bilər. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək.
- Püşkatmanın nəticəsindən razı qaldınız?
- Vallah, məndən ötrü fərqi yoxdur, kim olur olsun. Adi komandadır da. Bu dəqiqə kimin güclü, kimin zəif olduğunu demək olmaz. Hər şey oyundan sonra bilinəcək. Bizim uşaqlar sabah Minskə gedirlər. Onların iyunun 25-də oyunları var. Görüşü canlı izləyib, gələcəklər. Ondan sonra nəsə demək olar ki, rəqib zəif və ya güclüdür.
- Yəqin ki, oyuna Bakıda hazırlaşacaqsınız.
- Başqa harda hazırlaşa bilərik. 5-6 gün vaxtımız qalıb. Qısa vaxt kəsiyində harasa getmək olmaz.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi