"Hər komanda kubokda finala çıxmaq istəyir, biz də bunu çox arzulayırdıq. Hesab edirəm ki, oyunda güclü tərəf biz idik və finala layiq komanda idik. Əfsuslar olsun ki, ötən matçda haqqımızı yedilər, o səhvlərə görə bu gün qələbə qazana bilmədik. Hətta qol vurduq, saymadılar. Bizim xeyrimizə epizod olanda dərhal VAR-a gedirlər, amma rəqibdə olanda bunu görmürəm. Əliyar Ağayev Premyer Liqada rəqibə verdiyi qırmızını ləğv etmişdi, o qədər futbolçunun haqqını yedi. "Zirə"yə uğurlar arzulayıram".
QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunda 1/2 finalın cavab görüşləri çərçivəsində "Zirə" ilə baş tutan matçdan (0:0) sonra təşkil olunan mətbuat konfransında deyib.
Məşqçi ilk oyundakı iki penaltinin verilməməsinin futbolçulara psixoloji təsir etdiyini etiraf edib:
"Futbolçularda psixoloji gərginlik var idi, bunu danmıram. İlk görüşdə iki təmiz penaltimiz verilməmişdi. Komandamız bu oyuna pis hazırlamamışdı. Bilirdik ki, "Zirə" ilk oyundakı 2:0-lıq üstünlüyünü qorumaq üçün beşli müdafiə ilə oynayacaq. Arxada çox imkan vermədilər, amma buna baxmayaraq, komandamız pis təsir bağışlamadı. Əgər birinci hissədə qol vura bilsəydik, arxasınca ikincisi də gələrdi. "Zirə" bu gün yalnız müdafiə olunurdu".
Yunis Hüseynov bugünkü matçın idarəçiliyi ilə bağlı kəskin narazılığının olmadığını qeyd edib:
"Bu gün hakim idarəçiliyindən narazı qalmadım. Amma qol epizodumuza hələ təkrar baxmamışam".
Əsas hədəflərinin kubok olduğunu bildirən məşqçi diqqətlərini çempionata yönəldəcəklərini deyib:
"Hər komandanın məqsədi kuboku qazanmaq olmalıdır, əks halda o komandanın məqsədi yoxdur deməkdir. Biz də həm kuboku, həm də Premyer Liqa çempionluğunu istəyirdik. Qarşıda bizi çətin oyunlar gözləyir, tam olaraq çempionata köklənəcəyik. İkincilik barədə xüsusi düşünmürük. Qalib gəlsək, turnir cədvəlində yaxşı yerləri tutacağıq".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video