"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq

"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
ÖLKƏ FUTBOLU 21 Aprel 2026 / 17:11 747
-  A +

"Turan Tovuz" Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Zirə" ilə bugünkü cavab matçına itki ilə çıxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin QOL.az-a verdiyi məlumata görə, Roderrik Miller zədə səbəindən bu matçı buraxmalı olacaq.

Onun sözlərinə görə, panamalı müdafiəçi "Zirə" ilə ilk görüşdə zədələnib. Millerin komandanın növbəti oyununa hazır olacağı gözlənilir.

Qeyd edək ki, "Zirə" - "Turan Tovuz" matçı saat 19:00-da başlayacaq. Komandaların ilk matçında "Zirə" 2:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər
topaz banner