Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın Hakimlər Komitəsinin sabiq Xaqani Məmmədovun "Araz Naxçıvan" klubunu tənqid etməsinə münasibət bildirib.
"Araz Naxçıvan" klubunun faktiki sahibi olan Zaur Axundov QOL.az saytına müsahibəsində deyib:
Həmçinin oxuyun: Zaur Axundov: “Kluba himayədarlığım sual altındadır, tək qalmışam”
"Mən bütün futbol verilişlərinə baxıram. Bilmədiyim məqamları öyrənirəm, maraqlı təhlillər edirlər. Həmişə jurnalistlərə hörmətlə yanaşıram. Elə olur ki, təhlillərdən nəsə öyrənirəm, bunu da özüm üçün normal sayıram. Amma “İdman” kanalında Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov nədənsə daim “Araz-Naxçıvan” haqqında mənfi fikirlər səsləndirir. Xaqani müəllimlə çoxdan tanışıq. Hələ o, hakim olan vaxtlardan. Görəndə özündən də soruşacam, sadəcə mənə maraqlıdır, son 6 ayda hər bazar ertəsi o, ancaq “Araz-Naxçıvan”ın əleyhinə danışır. Bilmirəm niyə? Digər komandalardan danışırlar, növbəti “Araz-Naxçıvan”a çatanda başlayırlar ki, xaosdur, bilinmir nə komandadır, buna futbol ictimaiyyəti də baxır axı. Niyə komanda haqqında mənfi rəy yaratmağa çalışırlar?

Xaqani Məmmədov
Əgər Xaqani Məmmədovun Azərbaycan futboluna canı yanırsa, əksinə, dəstək olsun, Naxçıvan stadionundan danışsın. Bəlkə nəyəsə faydası oldu. Bütün komandaları təhlil edirlər, növbə “Araz-Naxçıvan”a çatanda Xaqani müəllim xəncəri götürüb düşür komandanın üstünə (gülür). Verilişə futbolçular da baxır. Qərəzi hakimlərdən çox Xaqani Məmmədovun bu cür açıqlamalarında görürəm.
Keçən dəfə Tərlan Əhmədovla birgə danışırlar... Tərlan Əhmədov yaxın keçmişə nəzər salsaydı, inanmıram elə sözlər deyərdi. Çox şeyləri açıqlamaq olmur. Belə olmaz da. Komanda udanda da mənfi fikirlər səsləndirirlər, uduzanda da. Komandanın içində xaos var deyirlər. Belə maraqlıdırsa, futbolu ürəkdən sevirlərsə, Xaqani Məmmədov gəlsin məndən soruşsun, vəziyyətlə maraqlansın. Fritz Stuçlik də getdi, hamı da getdi, indi düşüb “Araz Naxçıvan”ın üstünə".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video