Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi

Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
ÖLKƏ FUTBOLU 21 Aprel 2026 / 20:58 8103
-  A +

Bu gün Azərbaycan kubokunda 1/2 finalın cavab görüşlərinə start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

“Zirə” öz meydanında “Turan Tovuz”u qəbul edib. Matç qolsuz heç-heçə ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk matçda paytaxt klubu 2:0 hesablı qələbə qazandığı üçün Rəşad Sadıqovun komandası finala vəsiqə qazanıb.

Bu, "Zirə"nin Azərbaycan kubokunda üçüncü finalı olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci cavab görüşü - "Sabah" - "Qarabağ" qarşılaşması sabah keçiriləcək. 

21 aprel (çərşənbə axşamı)

19:00. “Zirə” - “Turan Tovuz” - 0:0

Zirə İdman Kompleksinin stadionu

İlk oyun - 2:0

22 aprel (çərşənbə)

“Sabah” - “Qarabağ”

İlk oyun - 2:2


Son xəbərlər
topaz banner