AZAL-ın baş məşqçisi Nazim Süleymanovun Qol.Az saytına müsahibəsi
- Püşkatamanın nəticəsinə əsasən ilk oyununuzu səfərdə keçirməli idiniz. Ancaq UEFA təqvimdə dəyişiklik etdi və ilk görüş ölkəmizdə baş tutacaq. UEFA-nın bu qərarı nə ilə əlaqədardır?
- Yəqin ki, bir gündə Azərbaycanın iki komandasının evdə oynaması ilə bağlıdır. Mənə elə gəlir ki, bunları nəzərə alıb, belə bir qərar veriblər.
- AZAL Şüvəlanda öz stadionunda, “Qarabağ” isə Tofiq Bəhramov adına mərkəzi arenada rəqibini qəbul edəcək. Yəni komandaların oyunlarını keçirəcəkləri məkanlar üst-üstə düşmürsə, sizcə, UEFA niyə bu cür addım atıb?
- Vallah, nə deyim. Bu, mənim yox, UEFA-nın qərarıdır. Həm tək bizim oyunumuzun yeri dəyişdirilməyib. Səhv eləmirəmsə, daha 5 komanda eyni aqibətlə üzləşib.
- Bu dəyişiklik planlarınıza təsir etməyəcək?
- Heç bir təsir etməyəcək. Sadəcə biz fikirləşirdik ki, Minskə gedək, təlim-məşq toplanışını orada keçək. İyunun 26-sı “Minsk”in səfərdə oyunu var. Həmin matçı da izləmək istəyirdik. Amma alınmadı. Hər halda biz həmin oyuna məşqçilərimizdən bir-ikisini göndərəcəyik. Məşqlərimizi isə Bakıda keçirəcəyik.
Özüm isə komandanı oyuna hazırlayacağam. Köməkçilərim özləri rəqibin oyununun diskini gətirəcəklər. Biz də burda baxıb, təhlil edəcəyik. “Minsk” keşmiş SSRİ-nin klubudur. Az-çox məlumatımız var. “Minsk”in prezidenti Aleksey Çixov vaxtilə “Neftçi”də çıxış edib, bir yerdə oynamışıq. Ona görə də orada dostlarımız, tanışlarımız da var. Bir sözlə, komanda haqqında ətraflı məlumat toplamağa çalışırıq.
- “Minsk” geridə qalan 14 tur ərzində 16 qol vurub, 19-nu buraxıb. Statistikadan da görünür ki, qol vurmağı bacaran, eyni zamanda qapısından asan top buraxan rəqibdir. Bu komandaya qarşı hansı taktiki sxem fikirləşmisiniz?
- Əlbəttə. Bu barədə danışmaq hələ tezdir. Əvvəlcə dolğun məlumat əldə etməliyik. Futbolçuları, onların fərdi keyfiyyələri, komandanın oyun üslubu barədə geniş bilgi toplamalıyıq. Bundan sonra sizin verdiyiniz sualı cavablandıra bilərəm.
- Heyətlə bağlı hər hansı problem var?
- Yox, Allaha şükür heç bir problemimiz yoxdur. Tam heyətlə oyuna hazırlaşırıq.
- Hazırlıqlarınız necə gedir?
- Hazırlıqlarımız plan üzrə gedir. Qarşıdakı oyunun mahiyyətini yaxşı başa düşürük. Ona görə də həmin oyuna ciddi hazırlaşırıq.
- Əvvəlki müsahibələrinizin birində demişdiniz ki, yeni oyunçular olacaq. Hazırda baxışda futbolçu var?
- Hələlik baxışda oyunçu yoxdur. Bu gün, ya sabah gəlməlidirlər. Bundan əvvəl gələnlərin arasında təkcə Vladimir Cilasın oyununu bəyəndim. Klubumuzun prezidenti Vaqif Qasımov İsveçrədən təzə gəlib. Onunla görüşdükdən sonra, Cilasın məsələsinə aydınlıq gələcək.
- Qeyd etdiniz ki, yeni oyunçular gələcək. Hansı ölkədən olduqlarını deyə bilərsiniz?
- Serbiyadan, Çernaqoriyadan oyunçular olacaq. Gələndə, özünüz də görəcəksiniz.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi