“Turan Tovuz”un hücumçusu Joarlem Santosun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 28-ci turunda “Araz-Naxçıvan” üzərində 3:0 hesablı qələbə qazandınız. Oyunla bağlı fikirləriniz necədir?
- Birinci hissə bizim üçün çox çətin keçdi. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Buna görə də fasilədə baş məşqçimiz bəzi tapşırıqlar verdi. Məhz Kurban Berdıyevin bu tapşırıqlarının qələbədə böyük rolu oldu. Çünki ikinci hissədə istədiyimiz futbolu sərgilədik və lazımi nəticəni qazandıq.
- Baş məşqçi fasilədə konkret hansı tapşırıqları verdi?
- Daha çox topla oynamağımızı istədi. Həmçinin tələb etdi ki, daha dəqiq olaq. Ötürmələrdə səhvlərə mümkün qədər az yol verək. Biz də bu tapşırıqları yerinə yetirdik.
- Vurduğunuz 2 qolla qələbədə böyük pay sahibi oldunuz...
- Buna görə çox sevinirəm. Həm fərqləndim, həm də komandamın qələbəsində pay sahibi oldum. Bu 3 xal bizim üçün çox vacib idi. Mənə göstərilən etimadı doğrultduğum üçün sevinirəm.
- “Zirə”nin xal itirməsindən sonra demək olar ki, “Turan Tovuz” artıq böyük ölçüdə üçüncü yeri təmin edib?
- Biz bu nəticə ilə kifayətlənmirik. Məqsədimiz ikinci yeri ələ keçirməkdir. Bu hədəfə çatmaq üçün də əlimizdən gələni edəcəyik.
- “Zirə”yə kubokda uduzdunuz, daha sonra “İmişli” ilə görüşdə xal itirdiniz. Lakin son iki matçda “Sumqayıt” və “Araz-Naxçıvan” üzərində vacib qələbələr qazandınız. “Turan Tovuz” üçün “qara zolağ”ın qısa çəkdiyini söyləmək mümkündür?
- “Qara zolağ”a düşdüyümüzü deməzdim. Bəli, iki uğursuz oyun keçirdik. Həmin vaxt məşqçilər korpusu ilə söhbətimiz oldu. Baş məşqçi bizə olan inamını ifadə etdi. Bu inam da bizə güc verdi.
- “Zirə” ilə kubokun cavab oyunundan gözləntiləriniz nədir? Vəziyyəti dəyişməyiniz nə dərəcədə realdır?
- Bunun üçün çox çalışacağıq. Qarşıdakı günlərdə tam gücümüzlə görüşə hazırlaşacağıq. Cavab oyununda da əlimizdən gələni edəcəyik. Düşünürəm ki, ilk görüşdəki 0:2 hesablı məğlubiyyətə baxmayaraq, finala adlamaq şansımız var. Bunun üçün sonadək mübarizə aparacağıq.
- Tovuza qayıtmaq komandaya necə təsir edib?
- Əla. Doğma meydanımızda oynamaqdan məmnunuq. Yerli azarkeşlərimiz önündə oynamaq bizim üçün çox xoşdur. Fanatlar bizə əla dəstək nümayiş etdirirlər. Ötən tur “Sumqayıt”ı məhz azarkeşlərimizin dəstəyi ilə məğlub etdik.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video