“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Artıq Avroliqanın birinci təsnifat mərhələsində qarşılaşacağınız rəqibin adı məlumdur. “Banqa” barədə nə deyə bilərsiniz?
- Rəqib barədə onu deyə bilərəm ki, atletik futbola üstünlük verirlər. Cavan və təcrübəli oyunçularla komplektləşmiş bir komandadır. Çempionatları davam edir. 14 və ya 15-ci turdur. Komandanın yaxşı, pik formada olan vaxtlarıdır. Rəqib haqqında müəyyən məlumatlarımız olsa da, yenə də daha yaxından tanımağa çalışırıq. İyunun 24-də çempionat oyunları var. Bir-iki məşqçimizi oyunlarını izləmək üçün Litvaya göndərəcəyik. İstəyirik ki, əlimizdə tam məlumat olsun.
- Birinci mərhələdə “Banqa”nı keçəcəyiniz təqdirdə, ikinci mərhələdə Farer adalarının “Streymur” klubu ilə qarşılaşacaqsınız. Sizcə, buna “Qarabağ”ın bəxti gətirdi” demək olar?
- Mənə bu suallar çox verilib. Ancaq məncə, bu komandaları zəif adlandırmaq olmaz. Bəli, bəzilərinə nisbətən zəif görünə bilər. Amma gəlin rəqiblərimizi ciddiyə alaq. Çünki Avropa Liqası elə bir turnirdir ki, burda zəif rəqib olmur. Keçən il hamı “Portadaun”un zəif olduğunu deyirdi. Ancaq bu komanda Bakıda bizə olduqca çətin anlar yaşatdı. Sizli-bizli bütün oyunlara ciddi hazırlaşmalıyıq. Bu, elə bir yarışdır ki, istənilən nəticə ola bilər.
- Yalnız bir transferlə kifayətləndiniz. Bəxtiyar Soltanovun adını son anda iştirak ərizəsinə saldınız. Başqa oyunçular da olmalıydı, ancaq alınmadı. Bu nə ilə əlaqədardır? Razılığa gələ bilmədiniz, yoxsa yeni futbolçulara ehtiyac duymadınız?
- Daha çox yerli futbolçu almağa çalışırıq. Çünki əsası yerlilərdən ibarət olan bir kollektiv yaratmaq niyyətindəyik. Digər klublarla danışıqlarımız olsa da, onlar son anda oyunçularını bizə satmaqdan imtina etdilər. Sizin də vurğuladığınız kimi, ancaq Bəxtiyarla anlaşdıq.
- Həmin oyunçularla danışıqlarınız hələ də davam edir?
- Yox, onlar alınmadı. Klubları ilə razılığa gələ bilmədik.
- Yəqin ki, onların əvəzinə başqa oyunçular olacaq.
- Axtarışdayıq. Tapmağa çalışırıq. Hələlik vaxtımız var. Çempionat başalayana qədər bir neçə oyunçu almaq istəyirik.
- Hazırkı heyəti Avroliqa oyunları üçün yetərli sayırsınız?
- Avropada təcrübəsi olan, stabil heyətimiz var. Futbolçularımız avrokuboklarda bir neçə dəfə oynayıblar. Heyəti gücləndirmək istəyirdik, ancaq alınmadı. Ona görə də bu dəfə legionerlərdən istifadə etməliyik. Ancaq əsas məqsədimiz yerli futbolçularla Avropada uğur qazanmaqdır.
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov