"Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək çətin idi. Futbolçularda psixoloji gərginlik var idi. Rəhbərlik və məşqçilər korpusu komandaya dəstək oldu".
QOL.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Kəpəz"i 4:1 hesabı ilə məğlub etməkləri haqda danışarkən deyib. O, görüşdən sonra təşkil olunan mətbuat konfransında oyunun çətin keçdiyin bildirib:
"Bilirdik ki, ağır oyun olacaq. "Kəpəz"in çox güclü heyəti var. Futbolçular matça çox ciddi hazırlaşdılar. Meydanda ürəklərini qoydular. Hesab daha böyük də ola bilərdi. Hesabın 4:1 olmasına baxmayaraq çətin oyun idi. Uşaqlar bu çətinliyin öhdəsindən gəldilər. Bütün futbolçuları təbrik edirəm. Azarkeşlərimiz bundan çoxuna layiqdirlər. Onları qələbələrimizlə sevindirə bilmirik. Hələ 6 tur qalıb, qarşıda yaxşı oyunlarımız olacaq. Hər görüşə qələbə üçün çıxacağıq. Bizi qarşıda daha yaxşı qələbələr gözləyir.
O, bu qalibiyyətin komandaya ümid verdiyini söyləyib: "Qələbə futbolçuya özünəinam verir. Bu qalibiyyət bizə çox ümid verir. Bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq".
Mütəxəssis erkən qolların psixoloji üstünlük yaratdığını deyib: "Əlbəttə. Hər qol rəqibi üzür, komandaya isə qələbə ümidi verir. Birinci hissədə Raufun iki qol vurması kollektivə ümid verdi. Hesab 2:1 olduqdan sonra futbolçularda qələbəni əldən vermək qorxusu yarandı. Üçüncü qol isə artıq oyunun taleyini həll etdi".
F.Məmmədov "Rauf Rüstəmli əvvəlki oyunlarda niyə özünü göstərə bilmirdi?" sualını cavablandırıb: "Rauf hər matçda əsas heyətə layiq futbolçulardan biridir. Maksimumunu meydanda qoymağa çalışır. Çox əzmkar futbolçudur. Son iki turda əsas heyətdə oynaya bilməmişdi. Səbəb rəqabət idi. Ədalətli olub digər oyunçulara da şans verməliyik. Rauf bugünkü oyunu ilə hansı səviyyədə futbolçu olduğunu göstərdi".
O, "Karvan-Yevlax"ın bugünkü oyunadək cəmi 1 qələbə qazana bilməsinin səbəbini də açıqlayıb: "Çox nüanslar ola bilər. Xırda səhvlərdən rəqiblər bizə qol vurur. Dərhal futbolçularda psixoloji eniş yaranır. Onların potensialını bilirəm. Öz bacardıqlarını göstərə bilmirlər. Bəzi matçlarda çox yaxşı oynamışıq, qol da vurmuşuq, saymayıblar. Bəzən gözləmədiyimiz anlarda qollar buraxmışıq. Bu qollar komandanı məyus edir. Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik. Bu oyun da göstərdi ki, komanda top saxlaya, hücum qura bilir".
Baş məşqçi sonda "Mövsümün bitməsinə 6 tur qalmış "Qəbələ" ilə "Karvan-Yevlax" arasında 8 xal fərq var. Bu fərqin aradan qalxacağına inanırsınızmı" sualına cavab verib: "Əlbəttə. Hər zaman inanmışam. Bütün oyunlara ümidlə çıxıram. Sona qədər mübarizə aparacağıq".
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq