“Araz-Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 26-cı turunda “Sabah”a uduzdunuz. Hesabda iki dəfə öndə olduğunuz matçda xal qazanmağınız üçün nə çatışmadı?
- Oyunumuz ümumilikdə pis alınmadı. Liderə qarşı oynayırdıq. Yaxşı mübarizə apardıq. Buraxdığımız səhvlərdən uduzduq. Bəzi epizodlarda keyfiyyət fərqi hiss olunurdu. İki penalti epizodu oldu. Təkrara tam baxmamışam. Ona görə də epizodlar barədə dəqiq fikir bildirə bilməyəcəm.
- Uduzmağınıza əsas səbəb rəqib futbolçular oldu, yoxsa hakimlər?
- Məğlubiyyəti hakimlərin üstünə yıxmazdım. Amma dediyim kimi, epizodlara baxmamışam. Matçın gedişində də hakimə yaxınlaşıb etirazımızı bildirirdik, o isə nələrsə izah edirdi. Lakin biz epizodu görmədiyimiz üçün dəqiq söz deyə bilmirdik.
- Həqiqətən “Sabah”ı dayandırmaq çətindir?
- Çətindir, amma mümkünsüz deyil. Biz buna nail olmağa yaxın idik. 2 dəfə hesabda önə keçdik. Təəssüf ki, üstünlüyü əldən verdik. Rəqib xırda səhvləri bağışlamır.
- Artıq turnir cədvəlində 6-cı yerdəsiniz...
- Hələ heç nə bitməyib. Son oyuna kimi mübarizə aparacağıq. Artıq rəqibə baxmayacağıq, hər bir matç bizim üçün finala bərabərdir. Xal itirmək şansımız yoxdur.
- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. “Ağ-qaralar”ı nədə üstələyə bilərsiniz?
- Mübarizə aparmasaq, uğur qazanmaq mümkün deyil. Bəli, “Neftçi” keyfiyyətli komandadır. Lakin hər top üçün mübarizə aparmaq lazımdır. “Sabah”la matçda mübarizə apardıq. Sadəcə fərdi səhvlər, penalti epizodları məğlubiyyətə gətirib çıxardı. İstəməzdik belə səhvlərə yol verək.
- Səfərdə oynadığınızı nəzərə alsaq, “Neftçi” ilə matçda 1 xal “Araz-Naxçıvan”ı qane edəcək?
- Qətiyyən yox. Qələbədən başqa yolumuz yoxdur. 3 xal bizə hava-su kimi lazımdır. Təbii ki, “Neftçi” də qələbə qazanmaq istəyəcək. Biz də mübarizə aparacağıq. Kimin güclü olduğu isə meydanda görünəcək.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu