"Matç bu gün bizim üçün qəribə alındı. Müdafiədən çıxarkən səhvlər etdik, rəqib də bundan yararlandı".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 26-cı turunda "Araz-Naxçıvan" (2:4) ilə baş tutan matçdan sonra keçirilən mətbuat konfransında bildirib. Mütəxəssis qələbənin əhəmiyyətini vurğulayaraq futbolçularının reaksiyasından razı qaldığını bildirib:
"Əvvəlcə "Sabah" ailəsini qələbə münasibətilə təbrik edirəm. Bu gün çox böyük qalibiyyət əldə etdik. Oyuna kifayət qədər yaxşı başlamadıq. Matç bu gün bizim üçün qəribə alındı. Müdafiədən çıxarkən səhvlər etdik, rəqib də bundan yararlandı. Çox şadam ki, qol buraxdıqdan sonra yaxşı reaksiya verdik. Layiqli qələbə qazandıq. Oyunun taleyini daha tez həll edə bilərdik. Çox qol fürsətimiz var idi. Qələbəyə görə xoşbəxtəm. Üç gündən sonra yeni oyun olacaq. Artıq bu matçı unudub, qarşıdakı görüşə köklənməliyik".
- Bu cür performansı mövsümün sonuna qədər davam etdirə biləcəyinizi düşünürsünüz, yoxsa, ehtiyat edirsiniz ki, hansısa eniş yaşana bilər?
- Bu, məni narahat etmir. Mən sadəcə qarşıdakı oyunu fikirləşirəm. O qarşılaşma məni narahat edir. Çünki yaxşı bərpa olmalıyıq. Oyunlar qısa müddət ərzində keçirildikdə, əlavə taktika keçə bilmirik. Amma gördüyümüz işlər 8-9 ayın göstəricisidir.
- "Sabah"ın avrokuboklara vəsiqə qazanması dəqiqləşdi. Bu faktı bilirdiniz? Buna görə təbrik almışdınız, yoxsa əsas təbriki mövsümün sonunda alacaqsınız?
- Həqiqətən bu barədə bilmirdim. Bizim üçün böyük uğurdur. Mən bura gəlməmişdən öncə hədəf Avropada iştirak etmək idi. Bunları unuduruq, bu haqda düşünmürük.
- İvan Lepnitsanın durumu nə yerdədir? Üstəlik, onun adı xarici klublarla hallanır. Bu haqda onunla söhbət etmisiniz?
- Sualın ikinci hissəsi ilə başlayım, oyunçu ilə bu barədə danışmaq mənim vəzifəm deyil. Önəmli olan odur ki, hər bir futbolçu qarşıdakı matçlara köklənsin. Gələcəyi barədə danışmaq çox tezdir. Vəziyyətinə gəlsək, o, bu gün ehtiyat oyunçular skamyasında idi. Kiçik zədəsi var idi. Buna görə onu riskə atmaq istəmədik. İstədik bərpa keçsin və qarşıdakı matçlara hazırlaşsın. Bizim üçün çox önəmli oyunçudur. Abdullah Xaybulayev də çox yaxşı oyun sərgilədi. Lepinitsanın yoxluğunu hiss etdirmədi.
- Faiz etibarı ilə götürsək, "Çelye" və "Levski" ilə görüşlərdəki "Sabah"la indiki arasında nə qədər dəyişiklik var? Nə qədər yol qət etmisiniz?
- Əlbəttə ki, bu faizi hesablaya bilmərəm. Mən məktəbdə riyaziyyatda o qədər yaxşı olmamışam. "Levksi"dən bu yana 30-a yaxın oyun oynamışıq. Əlbəttə ki, inkişaf var, daha yaxşı oynayırıq, yeni futbolçular bizə qoşuldu. İnkişaf elədir ki, bir oyun pis oynasaq da, ondan sonra yenə pis oyun olsa, soruşacaqsınız ki, inkişaf haradadır? Hazırda yaya 2 ay qalıb. Düşünürəm ki, inkişaf var, amma daha da inkişaf etməliyik. Siz fəlsəfi sual verdiniz, mən də fəlsəfi cavab verdim.
- Oyunun gedişində Hamidu Keyta ilə söhbətiniz oldu. Sirr deyilsə, nə haqda danışırdınız?
- Xüsusi bir şey deyildi. Bizim ləğv edilən 4-cü qolumuzu müzakirə etdik.(sportal.az)
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu
"Sabahın Ulduzları": 2 oyun, 12 qol
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı