Azərbaycan millisindən ardıcıl ikinci qələbə

Azərbaycan millisindən ardıcıl ikinci qələbə
ÖLKƏ FUTBOLU 7 Aprel 2026 / 21:44 1778
-  A +

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.

QOL.az xəbər verir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova yığması ilə qarşılaşıb. Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. 

Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda millimiz 8:5 hesablı qələbə qazanıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner