"Qarabağ" Misli Premyer Liqasının 26-cı turunda "Karvan Yevlax"a 7:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
- Adətən "Qarabağ" çempionatda dominant olur, rəqiblərini qabaqlayır və bu qədər xal fərqi ilə geriyə düşmür. Belə olan halda komanda vəziyyətə daha başqa cür reaksiya verməlidir. Bu mənada, komanda hazırkı durumda necə reaksiya verməlidirsə, onu verə bilir?
- Əlbəttə ki verir. Komandada xarakter olmasa, bu nəticələr qazanılmazdı. Çünki uğursuz seriyamız olub, sonra geri dönüş edə bilmişik. Amma alınmayan vaxtlar da olub. Daxili problemlər olub, futbolçuların çoxu istədiyimiz formada olmayıblar. Futbolçuların potensialı var, təcrübəli komandayıq. Sona kimi çalışırıq ki, qələbə qazanaq. "Sabah" yaxşı balanslaşmış komandadır. "Neftçi", "Zirə", "Turan Tovuz" oyunlarını yaxşılaşdırıblar, stabil oyun və nəticə göstərirlər. Hər oyuna hazır olmalıyıq. Çalışmalıyıq ki, nəticə vermək üçün düz nədirsə, ondan əl çəkməyək.
- Hakimlik məsələsi çox danışılır. Çempionatın bu vəziyyətinə hakimliyin nə dərəcədə təsiri var?
- Fikir bildirmək bəlkə düzgün deyil. Amma ümumən kənardan nə görünür? Hakimlər bilmirlər nə qərar versinlər. Bilmirəm, tələb çoxdur, yoxsa dünya futbolunda da hansı yeni qaydalar olur. Hakimlər bir az tərəddüd içindədirlər. Məndə də olur, bəzən təcrübəsiz futbolçudan oyunun gedişatında çox şey tələb edirəm. Bəzən görürsən ki, təcrübəsizlik ona mane olur. Birində düz edir, o birində yox. Bir qayda olmalıdır. Futbolun dili birdir, hakimliyin də. Ola bilər tam formalaşmaq lazımdır. Bizim öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər desə də, bizim də öz dəst-xəttimiz, qanunlarımız olmalıdır. Hakimlər sanki bir az təzyiq altındadır. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan onlardır, təzyiq onlardadır. Allah işlərini asanlaşdırsın.(sportal.az)
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu