"Arsenal" rəhbərliyindən Artetaya şərt

"Arsenal" rəhbərliyindən Artetaya şərt
DÜNYA FUTBOLU 6 Aprel 2026 / 11:45 881
-  A +

"Arsenal" rəhbərliyi baş məşqçi Mikel Artetanın qarşısına şərt qoyub.

QOL.az xəbər verir ki, bu haqda "The Touchline" məlumat yayıb.

London təmsilçisi FA Kubokunun 1/4 finalında "Sauthempton"a uduzaraq mübarizəni dayandırıb. Həmçinin komanda ölkə kuboku ilə də vidalaşıb. Buna baxmayaraq, "Arsenal" rəhbərliyi ispaniyalı mütəxəssisə etibar edir. 

Klub Çempionşip təmsilçisinə məğlubiyyəti açıq-aşkar fiasko sayır. Lakin onlar bunu Artetanı dərhal işdən çıxarmaq üçün bir səbəb kimi görmürlər. İdarə heyəti Artetanı layihənin uzunmüddətli inkişafı üçün ən uyğun məşqçi hesab edir. Buna baxmayaraq, onun "Arsenal"dakı gələcəyi cari mövsümün nəticələrindən asılı olacaq.

Hazırda "Arsenal" Premyer Liqanın turnir cədvəlində 1-ci yerdədir və Çempionlar Liqasında da mübarizəyə davam edirir. "Topçular"ın rəhbərliyi "Arsenal"ın bu kuboklardan ən azı birini qazana biləcəyinə ümid edir. Əgər gözlənilən ssenari gerçəkləşməzsə, Mikel Arteta vəzifəsindən qovulacaq.

O, 2019-cu ildən "Arsenal"ı çalışdırır.


Son xəbərlər
topaz banner