Misli Premyer Liqasının 26-cı turu çərçivəsində "Qəbələ" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb:
"Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu gün çox çalışdılar. Yaxşı oyun və uğurlu nəticə göstərdilər. İlk dəqiqələrdən görünürdü ki, futbolçularda gərginlik var. İkinci hissədə rəqibin hücum qurmaq üçün şansları olmadı. Fasilədən sonra daha yaxşı oynadılar. Onlara dedim ki, siz daha yaxşı oynaya bilərsiz, sadəcə özünüzə inanmalısız. Bizim üçün hər oyun final kimidir. Ən əsası güclü olmalıyıq. Göstəririk ki, biz futbol oynaya bilirik. Son matçlardakı uğursuzluğa baxmayaraq, azarkeşlər bizimlə birlikdəydi".
- Komanda uduzanda azarkeşlər sizi istefaya səsləyirdi, mətbuatda da hətta baş məşqçi üçün yeni namizədlərin adları dərc olunurdu. Maraqlıdır, bu periodu özünüz necə keçdiniz?
- Komanda uduzanda, hər yerdə belədir ki, məşqçi günahkar olur. Bu, bizim işimizdir. Azarkeşləri başa düşürəm. Onlar da istəyir ki, nəticə qazanaq. Azarkeşlərlə görüşümüz oldu. Onlardan xahiş etdim ki, bunu etməsinlər. Sırf bu baxımdan ki, komanda daxilində atmosfer istər-istəməz korlanır. Futbolçular oxuyur ki, məşqçi gedir, ya qalır. Bu da komandaya təsir göstərir. Azarkeşlərə dedim ki, gedib-getməməyimə rəhbərlik qərar verir. Rəhbərliyimizdə də futbolda təcrübəli insanlar yer alıb. Fanatlara təşəkkür edirəm. Biz Premyer Liqaya geri qayıtmaq üçün çox çalışdıq. Çox iş görürük. Rəhbərlik də bunu görür. Dünən vacib epizod oldu. Klubun direktoru Səbuhi Səfiyarlı mənimlə, futbolçularla görüşdü. Bu da komandaya çox təsir göstərdi. Vacib məqam idi. Futbolçular da gördü ki, biz komandayıq. O görüşün kifayət qədər təsiri oldu.
- Azərbaycan milli komandası "FİFA seriyası 2026" beynəlxalq turnirində qalib oldu. Bəziləri bu qələbələri şişirtməməyə səslədi, bəziləri əksinə. Siz bu haqda nə düşünürsünüz?
- Çox yaxşı oyunlar oldu. Ayxan Abbasov həqiqətən komandanı toparlaya bilib. Psixoloji baxımdan bu qələbə çox vacibdir. Tam səmimi qəlbdən komandanı təbrik edirəm. Uşaqlar çox çalışdılar. Komandanı tənqid etmək, rəqibləri iki hissəyə də bölmək olmaz. Bu, Azərbaycanın milli komandasıdır. Hamı bu komandaya azarkeşlik etməlidir.(sportal.az)
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu