Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçında "Sabah" "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.
QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:
"Hər iki komandanı bu gün göstərdikləri gözəl oyuna görə təbrik etmək istəyirəm. Baxımlı futbol alındı. Milli matçlara görə yaranmış fasilədən sonra oynamaq təbii ki, bir qədər çətin idi. Buna baxmayaraq, yaxşı oyun alındığını düşünürəm. 2-ci hissənin 2-ci yarısından sonra daha yaxşı çıxış etdiyimizi qeyd edə bilərəm. Hər iki komandanın da şansları oldu. Cavab oyunu da maraqlı keçəcək. Kubok matçını unudub çempionat oyunlarına köklənməliyik".
- "Sabah"ın hesabı bərabərləşdirdikdən sonra hesabda önə keçməyinə nə çatmadı?
- İlk hissədə hesabı açsaq da, sonradan 2 qol buraxdıq. Rəqibin bizə göstərdiyi təzyiq çox yaxşı idi. Həddindən artıq ucuz toplar itirdik. Əvvəlki oyunlarda qurduğumuz kombinasiyalardan bu matçda istifadə edə bilmədik. 2-ci hissənin əvvəllində bu, özünü daha qabarıq göstərdi. Fasilədən dönməyimiz buna təsir edə bilər. Qarşıdakı oyunlarda bunu aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.
- İqor Noqeyranın yoxluğunda, Rəhman Daşdəmirov onu layiqincə əvəz edə bilirmi?
- Əlbəttə ki, Rəhman bizim üçün önəmli futbolçudur. Bilirsiniz ki, Rəhman iki mövqedə oynaya bilən müdafiəçidir. İnanıram ki, hər bir futbolçum daha çox oyunda olmağa layiqdir. Bu gün onun çıxışından razı qaldım.
- Kağız üzərində kubokun favoriti bu cütün qalibi kimi qeyd olunur. Siz bu fikirlə razısınızmı?
- Mənim üçün ən önəmlisi növbəti keçirəcəyimiz matçdır. Bu barədə heç düşünmürəm.
- Növbəti mövsüm "Sabah"ın avrokuboklarda daha uğurlu olması üçün sizin rəhbərliklə transfer barədə hər hansı bir söhbətiniz olubmu?
- Mən hazırda Avropadakı oyunlar barədə düşünmürəm. Təbii ki, komanda ilə bağlı idman direktoru ilə söhbətlərimiz olur. Hər hansı rəsmi xəbər olsa, sizinlə paylaşılacaq.
- Komandanın hər iki cəbhədə də mübarizə aparmaq gücünün olduğunu düşünürsünüzmü?
- Bu sualın cavabını sizə buraxıram. Sizcə, bunu bacara bilərik? (gülür)
- Bu il "Sabah"dan gözləntilər böyükdür. Bunu nəzərə alsaq, transferlər barədə düşüncələriniz? Mətbuatda Aleksey Kaşukla maraqlandığınız qeyd olunur...
- Onu deyə bilərəm ki, "Sabah" çox özəl klubdur. Bizim çox yaxşı idarəetməmiz var. Bu barədə bizim kollektivimiz ümumilikdə birlikdə işləyir. Mən transferlər barədə heç narahat deyiləm. Skaut komandamız daim axtarışdadır. Onların işinə güvənirəm. Kaşukla bağlı yayılan xəbərlər şayiələrdir. Təbii ki, çempionatda oynayan yerli futbolçular daim nəzarətimizdədir. Onlar daim klubların döyünən ürəyi olacaq (sportal.az).
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu
"Sabahın Ulduzları": 2 oyun, 12 qol
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı