“Oyundan çox məmnunam. Bilirdik ki, asan olmayacaq. Rəqib ilk hissədə müdafiədə oynadı. Fasilədə oyunçularımızla danışdıq, daha mobil olmalı idik”.
QOL.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın pley-off mərhələsinin yarımfinalında Rumıniyaya qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, 1:0 hesablı qələbəni belə şərh edib: “Komandamı təbrik edirəm, gözəl qol vurduq. Oyunçularımız səbirli idilər, məsafələrin çox uzanmasına imkan vermədilər. Sonda istədiyimiz qələbəni qazandıq. İndi düşüncələrim növbəti rəqiblə bağlıdır, onu səbirsizliklə gözləyirəm".
İtaliyalı mütəxəssis bildirib ki, futbolçuları ilə qürur duyur: “Artıq özümü türk kimi hiss etdiyim və futbolçularımı yaxşı tanıdığım üçün həftə ərzində onlara səbirli olmağı dedim. Belə bir performans göstərdikləri üçün həqiqətən onlarla qürur duyuram. Bol qollu bir oyun olacağını düşünmürdüm. Rəqibin də necə oynayacağını bilirdik”.
Montella rumıniyalı jurnalistin “Dünya çempionatına vəsiqə qazana bilməsəniz, istefa verəcəksiniz?” sualını da cavablandırıb: “Bir matç bu iki gözəl ilə son qoymayacaq. Bizdə belə bir düşüncə yoxdur. Hamı məqsədimizi bilir. Çox danışmağa ehtiyac duymuram. Bu təxribata aldanmaram. Qəzet üçün yazı yazarkən səhv edəndə istefa verirsinizmi?”
Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-ya vəsiqə qazanmaq üçün martın 31-də keçiriləcək pley-off-un final matçında Kosovoya qalib gəlməlidir.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı