“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 finalında “Real”la cavab oyunundan öncə komandasına istirahət verib.
QOL.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında futbolçuların fiziki və psixoloji bərpasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, son həftələrdəki sıx qrafikdən sonra oyunçuların ailələri ilə vaxt keçirməsi daha faydalıdır:
"Bu saatdan sonra məşq etmək bizi daha da yoracaq, buna vaxtımız da yoxdur. Üstünlük verirəm ki, onlar evdə olsunlar. Sabah saat 14:00-da toplaşacağıq, ayaqlarımızı bir az hərəkət etdirib oyuna çıxacağıq. Bu mövsüm bunu artıq bir neçə dəfə etmişəm. Əgər mental olaraq güclüsünüzsə, meydanda da güclü olacaqsınız".
Xatırladaq ki, Madriddə keçirilən ilk görüşdə “Mançester Siti” 0:3 hesabı ilə uduzub. Cavab matçı isə sabah Bakı vaxtı ilə saat 00:00-da “Etihad” stadionunda keçiriləcək.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı