“Sabah”ın almaniyalı hücumçusu Coy Lens Mikelsin QOL.az saytına müsahibəsi
- “Qəbələ” ilə görüşdə (7:1) dubl edərək Azərbaycan Premyer Liqasında qol sayını 50-ə çatdırdınız. Həm də “Sabah”ın ümumilikdə ən çox qol vuran (64) futbolçususunuz. Bu haqda təəssüratlarınızı bilmək istərdik.
- Adımın klubun tarixinə düşməsi mənim üçün çox böyük məna daşıyır. Bu nailiyyətlə qürur duyuram, amma bunu yalnız öz əməyimin yox, bütün komandanın səylərinin nəticəsi kimi görürəm. Ümid edirəm ki, gələcəkdə də daha çox qollar və yaxşı oyunlarla komandama kömək etməyə davam edəcəyəm.
- Azərbaycan Premyer Liqasında daha iki qardaşınız oynayır (“Zirə”də Leroy Mikels, “Karvan-Yevlax”da Coy Slayd Mikels - QOL.az). Üç qardaşın bir çempionatda oynaması necə hissdir?
- Bu, ailəmiz üçün çox xüsusi bir şeydir. Mən Premyer Liqada tək oynayanda bu, artıq böyük bir arzu idi. İndi isə üç qardaşın eyni çempionatda oynaması hamımız üçün böyük qürur mənbəyidir. Ailəmiz çox xoşbəxtdir və bu da bizi daha çox işləməyə və ailəmizi ən yaxşı şəkildə təmsil etməyə əlavə motivasiya edir.
- Hazırda 12 qolla çempionatın bombardirisiniz. Qardaşlarınız isə ikisi birlikdə 5 qol vurub. Bu barədə heç söhbətiniz, onlarla zarafatınız olur?
- Əlbəttə, bəzən bu barədə zarafatlaşırıq. Futbol rəqabətlidir, hətta qardaşlar arasında belə. Bir-birimizi çox dəstəkləyirik və aramızdan biri qol vuranda hamımız sevinirik. Sonda isə ən vacib olan odur ki, hamımız inkişaf etməyə davam edək və futboldan zövq alaq.

- Bu cür parlaq çıxışlar sizə başqa klublardan təklifləri artırıbmı? “Sabah”la müqaviləniz mövsümün sonunda başa çatır. Klubda qalmaq fikriniz var?
- Hazırda yalnız komandamın uğurlu çıxışı barədə düşünürəm və bütün diqqətimi buna yönəltmişəm. Burada xoşbəxtəm və başqa məsələlər barədə çox da düşünmürəm.
- Bir müddət Səudiyyə Ərəbistanında çıxış etdikdən sonra “Sabah”a qayıtdınız. Bu qayıdış nə ilə bağlı oldu? Belə bir gedişat təkrarlana bilərmi?
- Bu artıq keçmişdə qalıb. Dediyim kimi, indi yalnız komandamın uğurları barədə düşünürəm, tam olaraq buna fokuslanmışam.
- Xeyli müddətdir ki, çempionatda “Qarabağ”la bu cür çempionluq mübarizəsi aparan klub olmayıb. Hazırda lidersiniz, çempionluq şanslarınızı necə qiymətləndirirsiniz? “Qarabağ”la bu mübarizə nə dərəcədə çətin olacaq?
- Düzü, bu barədə düşünmürəm. Biz yalnız növbəti oyunlarımızı fikirləşirik. Bizi çempionatda qarşıda hələ 10 vacib oyun və qazanılmalı 30 xal gözləyir.
Ramiq Ağaməmmədov
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı