“Neftçi” həmişə “Neftçi”dir, adı var. Nə olur olsun, bu klub həmişə futbolda Azərbaycanın döyünən ürəyi olub. “Qarabağ” da mənə doğmadır, oranın çörəyini yemişəm”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsamyılov deyib.
Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış və bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” matçı ilə bağlı danışan veteran futbolçu çox maraqlı oyun gözlədiyini bildirib: “Böyük oyun olacaq. “Neftçi” son aylar yaxşı formadadır. Ötən oyun “Neftçi” “Qarabağ”la görüşdə ağır məğlubiyyətlə (1:5) üzləşsə də, bu dəfə fərqli olacağını düşünürəm. “Neftçi” o matçın əvəzini çıxmağa çalışacaq. Onlara çox vacib 3 xal lazımdır. Mütləq xal qazanmağa çalışacaqlar. Eləcə də “Qarabağ” üçün çox vacib görüşdür. Ona görə də çox maraqlı oyunun olacağını gözləyirəm”.
Hazırda “Araz-Naxçıvan”da köməkçi məşqçi kimi çalışan Əfran İsmayılov adının tez-tez 1-ci liqa təmsilçisi “Şəfa” ilə birgə çəkilməsinə də aydınlıq gətirib. O, sözügedən klubda hər hansı bir vəzifəni tutmadığını bildirib: “Şəfa” mənim dostlarımın klubudur. Məndən xahiş ediblər ki, onlara kömək edim. Mən də çalışıram ki, futbol biliklərimdən yararlanıb əlimdən gələn köməyi edim. Sağ olsunlar, Azərbaycan futboluna dəstəkdirlər. Yeni klubdur, Premyer Liqaya çıxmağa əsas namizədlərdəndirlər. Orda heç bir rəsmi işim yoxdur. Ancaq dotlarıma kömək edirəm”.
Ə.İsmayılov “Qarabağ”dan bəzi yerli futbolçuları “Şəfa”ya gətirmək istəməsi, onlarla danışıq aparması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Klub bir futbolçu ilə danışıq aparmayıb. Çünki çempionluq rəsmiləşdirilməyib. Bu mövsümün sonuna danışmaq olar. Dediyim kimi, o klubu çalışdıranlar doğmalarımdır, məsləhət biləcəklərsə, kömək edəcəm.
“Qarabağ” futbolçuları ilə bağlı belə bir şey yoxdur. Amma gələcəkdə hansısa futbolçu ehtiyatda qalmaq istəməyib, “Şəfa”da oynamaq fikrində olsa, təbii ki, mən də kömək edəcəm. İndidən isə belə söhbət ola bilməz. Çünki həm Premyer Liqa, həm də 1-ci liqada gərgin vəziyyətdir”.
Ramiq Ağaməmmədov
Mbappe 500-ə çatdı
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
"Bu məğlubiyyət daha acı oldu" - Zaur Həşimov
"Real" Vinisius məsələsində geri çəkilmək istəmir
Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?
"Şamaxı" - "Şəfa" oyununun heyətləri müəyyənləşdi
"Çelsi"nin kapitanı dizindən əməliyyat olundu
Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi
AFFA həkimi olmayan klubları cərimələdi
Karvahalı transfer etdilər, Sanço ilə danışıq gedir
İki günə qırılan rekord
"Milan"ın darmadağını - Video
"Qarabağ” - “Neftçi” oyununa azarkeş marağı yüksəkdir
Salah avrokuboklarda bunu bacaran ilk oyunçudur
Dünya çempionatında daha bir gümüş medal
Sanki Almaniya yox, Türkiyədir - Video
Kamilo Duran “Benfika”ya yenə qol vurdu
Konfrans Liqasında Liqa mərhələsi başladı
"Beşiktaş", "Milan" və "Yuventus"dan qələbə
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video