17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, baş məşqçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında səfərə tam heyətlə yollana bilmədiklərini və qısa müddətdə ardıcıl 3 oyun keçirdiklərini bildirib:
“Hazırkı yaş qrupu sonuncu dəfə ötən ilin oktyabrında Qəbələdə təşkil olunan MDB Oyunları zamanı bir araya gəlmişdi. Düzdür, toplanışlar tez-tez olsa, çatışmazlıqları daha erkən aradan qaldıra bilərik. Budəfəki toplanışa aprelin 20-də başladıq və qısa müddət ərzində ardıcıl üç oyun keçirdik. Bir neçə əsas futbolçumuz heyətdə deyildi. U-20 millinin toplanışına qatılanlar və zədəlilər var idi. Əli Bəşirov, Bilal Hacıyev, Uğur Qurbanlı və Mehdi Mütəllimlini qeyd edə bilərəm. Əlbəttə ki, onların yoxluğu bizə müəyyən çətinliklər yaratdı. Buna baxmayaraq, keçirdiyimiz üç oyundan ikisində qələbə qazandıq”.
A. Nəbiyev Rusiya, Qazaxıstan və Pakistan yığmalarına qarşı keçirilən matçları dəyərləndirib: “Rusiya yığmasına qarşı keçirdiyimiz ilk görüşün birinci hissəsi 0:0 hesabı ilə yekunlaşdı. Fasilədən sonra heyətdə ardıcıl əvəzetmələrə əl atdıq. Dəyişikliklərdən sonra oyunumuzda, futbolçuların fiziki durumunda eniş yaşandı. Ancaq yenə də komanda toparlanaraq ardıcıl iki qələbə qazandı. 6 aylıq fasilədən sonra toplanaraq turnirə hazırlaşmaq həm bizim, həm də futbolçular üçün çətin oldu. Bu yaş qrupu ilə səfərdə ilk beynəlxalq turnirə qatılmışdıq. Buna görə də futbolçularda həyəcan, stress var idi. Həm texniki, həm də fiziki çatışmazlıqları barədə onları məlumatlandırmışıq, həmçinin klubları ilə də görüşəcəyik”.
U-17-nin baş məşqçisi noyabrda Almaniya, Şimali İrlandiya və Litva yığmalarına qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ matçlarına qədər komandanın hazır olacağına inandığını vurğulayıb: “İlin sonlarında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Çətin qrupa düşmüşük. Rəsmi oyunlara qədər baş tutacaq toplanışlarda problemləri aradan qaldırmağa çalışacağıq. Perspektivli komandamız var, daha güclü olacaq potensiala malikik”.
Qeyd edək ki, U-17 UEFA İnkişaf Turnirində Rusiya (0:5) yığmasına məğlub olub, Qazaxıstan (1:1, Penaltilərlə 4:2) və Pakistan (1:0) seçmələrinə isə qalib gəlib.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov