La Liqanın prezidenti Xavyer Tebas "Barselona"nın sabiq baş məşqçisi Xavinin 2023-cü ildə Lionel Messinin kluba qayıtması ilə bağlı verdiyi son açıqlamalarını təkzib edib.
QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, Tebas liqa rəhbərliyinin bu transferə razı olmadığını bildirib:
"La Liqa 2023-cü ildə Messinin "Barselona"ya qayıtması ilə bağlı hər hansısa razılıq verməyib".
Xatırladaq ki, Xavi bundan əvvəl verdiyi müsahibədə Messinin 2022-ci il Dünya Çempionatından sonra "Barselona"ya qayıtması barədə danışıb. Onun sözlərinə görə, hücumçu geri dönmək istəyirdi və klubun La Liqadan rəsmi icazəsi var idi. Lakin klub prezidenti Joan Laporta maaş balansının pozulacağını və komandada mübahisələrin yaranacağını əsas gətirərək bu transferi dayandırıb.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu