«Simurq»un keçmiş futbolçusu Samir Əliyevin Qol.Az saytına müsahibəsi
- Komandanızın heyətində bir neçə təcrübəli futbolçu olsa da, “Simurq” Premyer Liqada yerini qoruya bilmədi.
- Əvvəla deyim ki, təcrübəli futbolçular olsa da, çempionatda bu oyunçular üç-dörd dəfə meydana çıxdılar. Fərid Quliyevin oynamağına zədə səbəb oldu, Emin Quliyev, ümumiyyətlə, əsas heyətdə az göründü. Qalan oyunçular isə çox gənc və təcrübəsiz idi. Bu səbəbdən güclü rəqiblərlə başabaş mübarizə aparmaq və Premyer Liqada qalmaq şanslarımız çətinləşdi. Rəqiblərimizin güclü olmağı da öz sözünü dedi.
Ancaq uğursuzluqda ən əsas səbəb komandanın sabit heyətinin olmaması idi. Hər oyunda yeni heyət, yeni oyunçular meydana çıxırdı, ekspriment aparılırdı. Bu səbəbdən futbolçular arasında anlaşılmazlıq baş verirdi. Belə məsulliyyətsizliyə görə komanda əsas liqanı tərk etdi.
- Hələ “Simurq”a məxsussan, yoxsa artıq bu komandayla yollarını ayırmısan?
- Məgər, “Simurq” adlı klub qalıb ki, ona da məxsus olum? Əlbəttə, ordan ayrılmışam və özümə yeni klub axtarıram. Bir neçə klubla danışıqlar getsə də, hələ konkret bir şey yoxdur. Ancaq həmin komandalardan mənimlə daha çox maraqlanır. Adını hələ söyləmək istəmirəm, amma Premyer Liqada çıxış edir.
- Belə başa düşdüm ki, hələ karyeranı başa vurmaq haqda düşünmürsən.
- Bəli. Hələ ki, oynamağa gücüm və istəyim var. Düşünürəm ki, gələcəkdə oynayacağım klubda var güçümü ortaya qoyub onlara kömək edə bilərəm.
- Bu yaxınlarda «Avro 2012»nin seçmə oyunları oldu. Milli komandamızdan belə zəif nəticə gözləyirdin?
- Fakt odur ki, biz hələ də zəifik və Avropada təkcə güclü yox, heç zəif yığmalarla da ayaqlaşa bilmirik. Biz onlarla necə başabaş mübarizə aparaq ki, heç düz əməlli stadionumuz yoxdur. Qazaxıstanla oyunda onların arenasını görüb məəttəl qaldım. Onda sual yaranır: biz Qazaxıstanı necə uda bilərik? Bəlkə meydançamız onlardan üstündür? Bəlkə futbolçularımızın çoxu Avropada legioner həyatı yaşayır? Nə vaxt bu dediklərimin əlli faizi olsa, onda millidən qələbə tələb etmək olar. Qazaxları zəif sayırıq, ancaq özümüz onlardan xeyli zəifik.
- Bəs, Berti Foqts millidə qalmalıdır, yoxsa?
- Əlbəttə, getməlidir. Mənim fikrimcə, Foqts bura yaxşı pul qazanmaqla yanaşı, həm də əylənməyə gəlir. Foqtsun günahı futbolçulardan beş dəfə çoxdur. Özünü elə aparır ki, elə bil dünyada onndan güclü məşqçi yoxdur. Güya o qədər güclü taktikası var ki, heç kəs ora uyğun gəlmir. Onsuz da onun burdakı fəaliyyətinə bir şey qalmayıb. Yəqin ki, rəhbərlik bu seçmə mərhələ bitəndə onu vəzifəsindən uzaqlaşdıracaq.
- Avropa kuboklarında oynayacaq klublarımızdan hansının daha uğurlu çıxış edəcəyini düşünürsən?
- Üç komandanın - «Neftçi», «Xəzər Lənkəran» və «Qarabağ»ın uğuruna inanıram. AZAL çempionatda pis oyun sərgiləmədi, ancaq nəzərə alsaq ki, onların Avropa təcrübəsi azdır. “Neftçi”nin, “Qarabağ”ın heyəti yaxşıdır, «Xəzər Lənkaran» futbolçularının səviyyəsi göz qabağındadır. Düşünürəm ki, bu klublardan Avropada uğur gözləməyə dəyər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi